Azərbaycanın tam şəkildə iqtisadi müstəqilliyinin olması, ölkəmizin qarşısında iqtisadi sahədə böyük imkanlar açır

Azərbaycanın tam şəkildə iqtisadi müstəqilliyinin olması, ölkəmizin qarşısında iqtisadi sahədə böyük imkanlar açır Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişməsində yerləşir. Azərbaycanın Xəzərdə ən böyük ticarət donanmasına malik olması, irihəcmli daşınmaları həyata keçirməyə şərait yaradır. Yükdaşımaların sayı daha da artırılır.
Uzun müddətdir ki, Azərbaycanda yerli gəmiqayırma sənayesi yüksək sürətlə inkişaf edir. Bütün növ gəmilərin hazılanması bu sahədə inkişafa böyük təkan verir.
Azərbaycanın tam şəkildə iqtisadi müstəqilliyinin olması, ölkəmizin qarşısında iqtisadi sahədə böyük imkanlar açır. Azərbaycan artıq yüksək iqtisadi inkişafa malik olan ölkədir. Bu onun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı öz-özünü təmin edir. Buna baxmayaraq iqtisadi inkişafı daha da yüksəltmək üçün dövlətlərarası iqtisadi əlaqələrin inkişafı önəmli amildir.
Cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilmişdir. İclas zamanı Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə geniş əlaqələrin uzun müddətdir yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Görüş zamanı Rusiya və Azərbaycan Prezidentlərinin ikitərəfli görüşü keçirilmişdir.
Rusiya və Azərbaycan arasında olan əməkdaşlıq sadəcə iqtisadi sahədə deyil, bir çox sahədə uğurla inkişaf etdirilir. Həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının həyata keçirilməsində, münasibətlərin normallaşmasında Rusiya vasitəçi kimi iştirak edir.

Bakıxanov qəsəbəsi, 72 Nli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər