Kremldən ŞOK İran açıqlaması: Rusiya Buşehr AES-ı boşaltmağa hazırdır

Kremldən ŞOK İran açıqlaması:  Rusiya Buşehr AES-ı boşaltmağa hazırdır Putin bunu İsrail və ABŞ-a çatdırıb
Rusiya zəruri hallarda İrandakı Buşehr Atom Elektrik Stansiyasını boşaltmağa hazırdır və Rusiya prezidenti Putin bu məsələni İsrail və ABŞ ilə müzakirə edib.

Bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev İrandakı Buşehr Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə bağlı açıqlama verərkən deyib.
Lixaçev əlavə edib ki, ötən il İrana hücumlar zamanı Buşehr AES ən təhlükəsiz yer olub.

"Rusiya Prezidenti Vladimir Putin bu məsələni hərtərəfli araşdırıb və həm İsrail, həm də ABŞ tərəfləri ilə müzakirə edib", - Lixaçev qeyd edib.

Münaqişə tərəflərinin AES-lərin toxunulmazlığına hörmət etməli olduqlarını qeyd edən Lixaçev əlavə edib ki, biz hadisələri yaxından izləyirik: “Rusiya XİN və Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zəruri hallarda təxliyə tədbirləri görməyə hazırıq".
Putin 2025-ci ilin iyun ayında verdiyi açıqlamada İranın cənubundakı Buşehr şəhərində yerləşən elektrik stansiyasında yüzlərlə rusiyalı işçinin çalışdığını bildirib.

Oxşar xəbərlər