Müxtəlif neft-qaz layihələrinin tətbiqi, yeni enerji mənbələrinin yaradılması Azərbaycanın daxili inkişafı üçün mühüm rol oynayır

Müxtəlif neft-qaz layihələrinin tətbiqi, yeni enerji mənbələrinin yaradılması Azərbaycanın daxili inkişafı üçün mühüm rol oynayır Azərbaycan Qafqazın mühüm neft və qaz mənbələrindən hesab olunur. Ötən əsrin 90- cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü sayəsində “Əsrin müqaviləsi” ilə yeni dövrə qədəm qoyan neft strategiyamız qısa zamanda mühüm nəticələrə nail oldu. XXI əsrin başlanğıcında Prezident İlham Əliyevin bu sahədə göstərdiyi diqqət daha böyük uğurlar qazanmağa şərait yaratmışdır. Azərbaycanın öz enerji təhlükəsizliyinə sərmaye yatırması həm daxili bazarda, həm də bir sıra ölkələrin enerji təhlükəsizliyində olduqca mühüm mövqe tutmasına gətirib çıxarmışdır.
Cənab Prezident İlham Əliyev iyun ayının 1- də Bakı Enerji Həftəsi çərçivəsində 27- ci Beynəlxalq Neft və Qaz sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirdiyi kimi bu konfransın ən mühüm tərəflərindən biri diqqəti və sərmayeni cəlb etmək, dünyaya açıq olduğunu göstərməkdir.
Cənub Qaz dəhlizi çox mühüm, çox uğurlu layihədir. Nəticədə Şahdəniz yatağında hasilat dəfələrlə artmışdır. Xüsusilə qaz nəqlində yeni avadanlıqlardan istifadə buna şərait yaradır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Dəhlizin ərazisindən keçdiyi dövıətlərlə, eləcə də, müxtəlif enerji şirkətləri, maliyyə təssisatları ilə yüksək səviyyədə əməkdaşlıq edir. Belə mühüm layihələtin icrasında mütləq maliyyə dəstəyinə ehtiyac olur. Dünyanın nüfuzlu beynəlxalq bankları bu maliyyələşmədə yaxından iştirak edirlər. Azərbaycan neftinə və qazına artan təlabat nəqlin artırılmasını tələb edir.
Xəzər dənizi çox böyük potensiala malikdir. Hər il qaz hasilatı daha da artırılır. Bununla yanaşı işğaldan azad olunan ərazilərimiz də yüksək potensiala malikdir. Uzun illər ərzində ermənilər tərəfində vəhşiliklə istismar edilməsinə baxmayaraq bu sahədə öz potensialını qorumuşdur.
Müxtəlif neft-qaz layihələrinin tətbiqi, yeni enerji mənbələrinin yaradılması Azərbaycanın daxili inkişafı üçün mühüm rol oynayır. Bu sahədə əldə edilən gəlirin xüsusilə qeyri-neft sektoruna sərf edilməsi iqtisadi inkişafa geniş yol açır. Nəticədə ümumi daxili məhsul artımı, qeyri-neft sektorunda artım gözəçarpandıır.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər