Müharibə yaxınlaşır: İran mediasından ABŞ əsgərlərinə tabutda qayıdacaqsınız mesajı

Müharibə yaxınlaşır: İran mediasından ABŞ əsgərlərinə tabutda qayıdacaqsınız mesajı İranın təbliğat kanalları və ona yaxın informasiya resursları ABŞ-la mümkün hərbi qarşıdurmanı əks etdirən yeni materialları intensiv şəkildə yaymağa başlayıb.

Son paylaşımlarda ABŞ dəniz qüvvələrinə qarşı guya genişmiqyaslı hücumlar, eləcə də “kütləvi amerikalı itkiləri” iddiaları ön plana çıxarılır.

Bu tip görüntü və xəbərlərin artması İran informasiya məkanında müharibə mövzusunun artıq ehtimal deyil, real ssenari kimi təqdim olunmağa başladığını göstərir. Təbliğatın tonunun sərtləşməsi Tehran dairələrində təhlükənin yaxın olduğu hissinin gücləndiyini və cəmiyyətin psixoloji baxımdan mümkün qarşıdurmaya hazırlaşdırıldığını ortaya qoyur.

İran mediasında yaranan bu həyəcanlı fon rəsmi mövqelərdən əvvəl informasiya müstəvisində “müharibə atmosferi”nin formalaşdırılmasına xidmət edir.

Oxşar xəbərlər