Rusiya Bəşər Əsədi təhvil verəcəkmi? – SON DƏQİQƏ AÇIQLAMASI

Rusiya Bəşər Əsədi təhvil verəcəkmi? – SON DƏQİQƏ AÇIQLAMASI Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın sabiq prezidenti Bəşər Əsədin Rusiyada qalması və onunla bağlı mümkün hüquqi təqib tələblərinə Moskvanın mövqeyi barədə danışıb.

Lavrov bu barədə “TGRT HABER” telekanalına verdiyi müsahibədə bildirib ki, Bəşər Əsədlə bağlı məsələ artıq uzun müddətdir Rusiyanın gündəmində deyil:

“Bu sual xeyli vaxtdır gündəmimizdə yoxdur. Tərəfdaşlarımız hər şeyin necə baş verdiyini çox yaxşı bilirlər. Bəşər Əsədin ailəsi ilə birlikdə 2024-cü ilin dekabrında, şəhərlərdə silahlı toqquşmaların getdiyi, emosional vəziyyətdə olan insanların ona ölüm təhdidləri səsləndirdiyi bir dövrdə Rusiya Federasiyasına necə gəldiyindən hamı xəbərdardır”.

Sergey Lavrov vurğulayıb ki, Əsədə Rusiyaya gəlmək imkanı sırf humanitar səbəblərlə yaradılıb:

“Ona bu imkan tamamilə humanitar əsaslarla təqdim edilib və o da bundan istifadə edib”.

Rusiya XİN rəhbəri Əsəd ailəsinin Suriyanın daxili siyasi proseslərində rol oynamadığına da diqqət çəkib:

“Əgər ölkəmizin daxili həyatını izləyirsinizsə, Hafiz Əsədin Suriya məsələlərində hər hansı rolunun olmadığını görə bilərsiniz”.

Lavrovun bu açıqlaması Bəşər Əsədin mümkün ekstradisiyası ilə bağlı Qərbdə və bəzi regional dairələrdə səslənən iddialara Moskvanın mövqeyini bir daha ortaya qoymuş olub.

Oxşar xəbərlər