Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvləri ilə sabit əməkdaşlıq əlaqələrinin davamlılığında maraqlıdır

Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvləri ilə sabit əməkdaşlıq əlaqələrinin davamlılığında maraqlıdır Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. İclasda çıxışı zamanı Cənab İlham Əliyev regionu maraqlandıran çox vacib məsələlərə toxundu. Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Son illər ərzində bu əməkdaşlıq yalnız artan templə inkişaf edib. Təkcə onu qeyd etmək yerinə düşər ki, cari ilin yanvar-aprel aylarında qarşılıqlı ticarət həcmi 38 % artmışdır. Dövlətimizin başçısı onu da qeyd etdi ki : “Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük”.
Bir daha vurğulamaq yerinə düşər ki, Ermənistan istisna olunmaqla, ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzv ölkələri ilə dərin iqtisadi əlaqələri var və ötən il ikitərəfli ticarət dövriyyəsi 5 milyard dollardan çox olub. Təkcə onu qeyd etmək kifayətdir ki, 3,1 milyard dollar dövriyyə ilə Rusiya Azərbaycanın ən böyük idxalat tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olaraq üçdəbir 3 paya malikdir. Bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa dövlətləri olaraq qalır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur. Həmçinin Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirir. Bu da ölkəmiz üçün qeyri-neft daxilolmaları baxımından vacibdir. Bu kontekstdən, şimal dövlətləri ilə müstəqil iqtisadi əməkdaşlıq sadəcə xarici ticarət dövriyyəsinin genişləndirilməsi deyil, həmçinin beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da önəmlidir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvləri ilə sabit əməkdaşlıq əlaqələrinin davamlılığında maraqlıdır. Hal hazırkı geosiyasi vəziyyət və ölkəmizə qarşı yürüdlən ikili standartları nəzərə alsaq bu əlaqələr ölkəmizin gələcəyi və regionda əsas söz sahibi olması baxımından çox vacibdir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər