Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırır. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Böyük Hun xaqanlığı, Göktürk xaqanlığı, Səlcuq, Qızıl Orda xaqanlıqları və d. öz hakimiyyətləri altında türk xalqlarının böyük bir hissəsini birləşdirmiş, türk xalqlarını dünyaya hakim və yaradıcı soy kimi tanıtmışlar. SSRİ adlı anti-türk imperiyası dağıldıqdan sonra azad olmuş türk toplumları yenidən birliyə can atmağa başlamışlar.
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Sammitdə çox mühüm qərarlar qəbul edilib, önəmli mesajlar verilib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə sözün həqiqi mənasında digər çıxışlarla müqayisədə bütün diqqətləri özünə daha çox çəkib. Azərbaycan Prezidentinin çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yönəldildi. Bu prosesdə Türkiyə şirkətlərinin fəaliyyəti vurğulandı. Prezident digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi.
Ümumilikdə, Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi.
Türk dünyasının böyük bir ailə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib:
“Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Sabunçu rayonu, 28 nömrəli tam orta məktəbin tarix müəllimi Atakişiyeva Zibeydə