Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Ölkə başçısı Cənab Prezident İlham Əliyev zirvə görüşündə iştirak edib. Çıxışında bir sıra vacib məqamlara toxunan dövlətimizin başçısı bildirib ki, türk dünyası dövlətləri bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Bununla yanaşı siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”. Çıxışının davamında Cənab Prezident Türk dünyasında yaşayan gənc nəslin təhsil və digər hüquqlarının təmin olunması ilə bağlıdı çox vacib məsələlərə də toxunmuşdur. Dövlətimizin başçısı qeyd etmişdir ki, Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.
Cənab Prezident İlham Əliyevin çoxşaxəli siyasətinin əsas istiqamətlərindən biri təkcə ölkəmizdə deyil ondan kənarda da yaşayan soydaşlarımızın həyat və rifah şəraitinin yaxşılaşadırılmasıdır. Təsadüfi deyil ki, noyabrın 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları komitələrinin birgə iclasında Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə diqqətin artırılması üçün dövlətin vəsait ayırması ilə bağlı təkliflər də səsləndirilib. Tam əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki iştirakı və çıxışı tarixi əhəmiyyətə malikdir. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın daim dövlətimizin diqqətində olduğunun göstəricisidir.
Asiman Paşayev
Sabunçu ray., Sabunçu qəs., 68 №-li tam orta məktəbin Direktor müavini