Ölkə başçımız Cənab İlham Əliyevin Qırğızıstana səfəri ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsi istiqamətində mühüm addımdır. Azərbaycan və Qırğızıstanı bir çox ortaq dəyərlər birləşdirir. Xalqlarımız eyni soy-kökə və mədəni dəyərlərə malikdir. Ölkələrimiz arasında münasibətləri yaxınlaşdıran da məhz bu dəyərlədir. Azərbaycan və Qırğızıstan strateji tərəfdaş ölkələrdir. Yarım il əvvəl iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Belə ki, ölkələrimiz arasında mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunaraq artıq real siyasət sahəsinə transformasiya olunub. Səfəri zamanı Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini və əlaqələrin daha geniş sahələri əhatə etməyə başladığını qeyd edib. Ölkələrimiz arasındakı strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu konkret nümunələrlə göstərmək olar.
Səfər zamanı Prezident İlham Əliyev açıq dənizlərə çıxışı olmamasına baxmayaraq Azərbaycanın mühüm nəqliyyat şəbəkəsi yaratdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğulayıb ki, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək. Eyni zamanda, həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Bir halda ki, çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də Azərbaycandan keçir.
Ölkələrimiz arasındakı sıx əlaqələr təkcə yuxarıda qeyd olunan sahələrlə məhdudlaşmır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən, eləcə də xalqlarımızın qarşılıqlı hörmətindən xəbər verir. Hər iki ölkədə mədəniyyət günləri keçiriləcək ki, bu da həm ölkələrimizin, həm də xalqlarımızın müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmasına imkan yaradacaq. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan doqquz adda rəsmi sənəd isə ölkələrimiz arasındakı münasibətlərin gələcəyi ilə bağlı xoş ümidlər verir.
Sabunçu qəs., 68 №-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev