Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfərin məqsədi, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsinə böyük təkan vermişdir.
Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 73 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarət saldosu 35 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçib. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir.
Bolqarıstan səfərini ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra xarici siyasətimizdəki ən böyük uğurlardan biri hesab etmək olar. Bu rəsmi səfər çərçivəsində Bolqarıstanın, Rumunıyanın, Serbiyanın, Yunanıstanın, Avropa Komissiyasının rəhbərləri və digər yüksək rəsmilərlə görüşlərdə və onların çıxışlarında ölkəmiz, eləcə də möhtərəm Prezidentimiz İlham Əliyev haqqında səslənmiş yüksək fikirlər hər bir azərbaycanlıda fəxarət hissi oyadır.
Uzun illər Azərbaycan Avropa bazarında etibarlı neft təchizatçısı olması ilə yanaşı eyni zamanda, hazırda Avropanın etibarlı qaz təchizatçısına çevrilir. Ölkəmiz tezliklə Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir.
Ölkələrimiz arasında ən yüksək səviyyədə fəal siyasi münasibətlər mövcuddur. Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında müəyyən etmək olar. Eyni zamanda ölkələrimiz arasında indiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Təbii
ki, strateji tərəfdaş ölkələr arasında gedən müzakirələrdə enerji təhlükəsizliyi məsələləri əsas yer tutub. Bu gün artıq Azərbaycan qazı Bolqarıstana ixrac olunur və hazırda bu ixracın həcminin artırılması məsələsi gündəmdədir. İki ölkənin dövlət başçıları arasında keçirilmiş geniş tərkibli görüşdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır.
Sabunçu rayonu, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva