Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir

Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir.
Görüş zamanı Cənab Prezident İlham Əliyev qeyd etdi ki : “Biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər. Əlbəttə, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. Əminəm ki, biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib”.
Azərbaycanın dövlət rəhbəri haqqında Qazaxıstanın Prezidentinin söylədiyi xoş sözlər, dəyərli fikirlər göstərdi ki, həqiqətən də Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əminamanlığın bərqərar olmasında, eləcə də ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında fəal, mübariz, həm də uzaqgörən siyasi xadimdir.Bir çox sənədlərin imzalanması dövlətlərarası münasibətlərin sürətləndirilməsində və irəliyə doğru addımların atılmasında önəmlidir. İstər ticarət, istər mədəniyyət, istər iqtisadi əlaqələr, istərsə də digər sahələrdə imzalanmış sənədlər göstərir ki, bundan sonra da Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir. Əlbəttə ki, cənab Prezidentin, eləcə də jurnalistlərə bəyanatında Qazaxıstan Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər.Sözsüz ki, Qazaxıstan Orta Asiyada ən böyük respublikalardan biridir və Qazaxıstanla münasibətlərin yaxşılaşdırılması Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün faydalıdır. Bu tədbir də bu baxımdan xaraklterikdir və hər iki dövlət rəhbərlərinin söylədiyi fikirlər, verdikləri bəyənatlar Azərbaycan və Qazaxıstan xalqlarının gələcək inkişafında, onların xoşbəxt həyatının təmin olunmasında mühüm rol oynayacaqdır. Qazaxıstan Prezidentinin Azərbaycan Prezidentini Qazaxıstanın Ali Ordeni ilə təltif etməsi, eləcə də işğaldan azad olunmuş Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik.


Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər