Parlament seçkilərinə yarım ay qaldığı bir ərəfədə Ermənistanda kifayət qədər gərgin situasiya hökm sürməkdədir. Özü də işğalçı ölkədə normal cəmiyyətlərdə olduğu kimi seçki təbliğat-təşviqat kampaniyası deyil, qətl və terrorla hədələmə halları daha çox diqqət çəkir.
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın ardınca qondarma “DQR”in “sabiq müdafiə naziri” Samvel Babayan da Serj Sərkisyan hakimiyyətini hədələyib. Babayan üç gün əvvəl Ermənistanın Armavir rayonunun Crarat kəndində hakimiyyətin adamları ilə müxalif “üç O...” blokunun (“Ovanisyan-Raffi-Oskanyan”) tərəfdarları arasında baş vermiş atışmaya sərt reaksiya verib. Virtualaz.org xəbər verir ki, o, “Haykakan Jamanax” qəzetinə açıqlamasında hakimiyyətə ultimatum göndərib.
“Hakimiyyətə məsləhət görmürəm ki, bizim alyansa qarşı çıxsın, çünki onlar atəş açmaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər bu gün onlar atəş açırsa, sabah digər tərəf də atəş açar və o zaman heç kim onları sağ-salamat tapa bilməyəcək” - Babayan deyib. Keçmiş “müdafiə naziri” bildirib ki, əgər belə davam etsə, qan axıdılacaq. “Mən bilirəm ki, digər tərəf də geri çəkilən deyil, ona görə də hansısa yolla özümüzü müdafiə etməliyik. Əgər sən insanlara atəş açırsansa, vacib deyil kimsən, polissən, yoxsa nəsən və hakimiyyət səni cəzalandırmırsa, o zaman qarşı tərəf də hərəkətə keçməyə məcburdur. Axı sonda o da canlı insandır” - Babayan hakimiyyətin ünvanına hədələri davam etdirib.
Qeyd edək ki, Babayan hazırda keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi blokun fəaliyyətini koordinasiya edir. Ancaq onun S.Ohanyanın yanında yer alması, üstəlik, ultimatumla çıxış etməsi həm də ondan xəbər verir ki, ötən ilin aprel döyüşlərindən sonra S.Sərkisyanın “zərərsizləşdirdiyi” keçmiş hərbçilər onu sakit buraxmaq niyyətində deyillər. 2-5 aprel döyüşlərində Ermənistanın işğal altındakı hərbi birləşmələri həm hərbi texnika, həm də canlı qüvvə sarıdan ciddi itkilər verdikdə S.Sərkisyan baş verənlərin məsuliyyətini müdafiə naziri S.Ohanyanın üzərinə qoyub özünü xalqın qəzəbindən, xüsusilə də özgə torpaqlarında məhv edilmiş əsgərlərin yaxınlarının əlindən xilas edə bildi.
Hətta o zaman S.Sərkisyanla S.Ohanyan arasında mətbuat döyüşü də oldu. Üstəlik, Qarabağdakı “erməni könüllüləri” S.Sərkisyana deyil, S.Ohanyana tabe olduqlarını nümayiş etdirdilər. Vəziyyətin gərginləşdiyini görən Ermənistan prezidenti İrəvanda “silahlı üsyan”, həmçinin “Rusiyaya qarşı etiraz aksiyaları” kimi tamaşaları qurmaqla diqqəti özündən yayındıra bildi və daha sonra S.Ohanyan daxil olmaqla, hökumətin bir sıra üzvləri ilə yollarını ayırdı. Ancaq cəmi bir neçə ay sonra keçmiş nazir siyasətə baş vurduğunu açıqladı, üstəlik, Sərkisyana meydan oxudu.
Ermənistan prezidenti S.Sərkisyan S.Ohanyanın iddialı bəyanatlarının qarşılığında onu korrupsiyada ittiham etməyə başlasa da, bu ittihamların davamı gəlmədi. Ohanyan faktorunun təhlükəsini anlayan S.Sərkisyan güman ki, onu “sadə etirazçıların əli ilə” aradan götürmək istəyir. Xəbər verildiyi kimi, Seyran Ohanyanın Crarat kəndində seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin müavini Levan Yeranosyanın qohumu, hakim Respublika Partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var.
S.Ohanyana qarşı hücumlara onun hərbçi yoldaşının, özü də “Qarabağ klanı”nın təmsilçisinin sərt reaksiya verməsi həm də o anlamı kəsb edir ki, deməli, Ermənistan ordusunun tərkibində sabiq nazirin kifayət qədər dayaqları var. Eyni zamanda Qarabağdakı hərbi birləşmələrdə də həm Ohanyanın, həm də sabiq “nazir” Babayanın adamları olmamış deyil. Son ultimatum həm də Sərkisyana silahlı üsyan xəbərdarlığıdır. Qarşıdakı seçkilərin nə qədər əhəmiyyətli olduğunu tərəflərin hər biri yaxşı anlayır. Bu seçkilərin qalibi olan siyasi qüvvə ölkəni idarə edəcək.
Çünki 2018-ci ildən Ermənistan parlament üsul-idarəçiliyinə keçir. S.Sərkisyan isə gələn il keçiriləcək prezident seçkilərinə “hazırlıqlı” getmək istəyir. Belə ki, o, baş nazir kreslosuna oturub bütün səlahiyyətləri əlində cəmləməyə çalışır. Ümumiləşdirsək, həm Sərkisyan hakimiyyəti, həm də onun əleyhdarları, xüsusilə də hakimiyyətin qəzəbinə tuş gələn qüvvələr aprel seçkilərinə “ölüm, qalım” şansı kimi baxır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov təsdiqlədi ki, Ermənistanda vəziyyət hər an nəzarətdən çıxa bilər: “Ötən ilin aprel döyüşlərindən sonra Ermənistanda ən məşhur bir zarafat var idi, onlar deyirdilər, bu hadisələrdən Azərbaycan və Sərkisyan uddu. Sərkisyan ona qarşı duranlardan, daxili düşmənlərdən, Ohanyan kimi hərbçilərdən, keçmiş baş nazir və ona yaxın adamlardan azad oldu. Ancaq sonra başa düşdü ki, seçkilərdə ona rəqib olan şəxslər də əsasən bunlardır. Vəzifədən azad olunanlar bu gün birləşib. Üstəlik də erməni cəmiyyətində gərginlik kifayət qədər artmaqdadır. Bu mənada ənənəvi olaraq onlar yenə də silahdan istifadə edə bilərlər. Ənənəvi ona görə deyirəm ki, Ermənistanda siyasi mədəniyyət yox dərəcəsindədir. Təcrübə də sübut edir ki, qarşı duran düşərgələr bir-birinə qarşı vaxtaşırı silah çəkirlər. Həm 1999-cu ildə Ermənistan parlamentindəki hadisələr, həm də 2008-ci ildəki prezident seçkiləri zamanı qanlı hadisələrin şahidi olduq. Ənənəvi olaraq bunlarda məsələlər bu şəkildə, silahla ”həll" olunur".
T.Zülfüqarov istisna etmir ki, seçki prosesləri erməni ordusunu da parçalaya bilər: “Hələ ki Ohanyanın adamları hakimiyyətdə qalır, onlar tam uzaqlaşdırılmayıb. Üstəlik, bu, Sərkisyan-Ohanyan oyunu deyil, ciddi məsələdir. Onların əvvəldən bir-biri ilə ciddi problemlər var idi. Özü də hər iki tərəf Rusiyaya bağlıdır, diasporda da tərəfdarları var. Deməli, erməni diasporunda da qarşıdurma yaşana bilər”. Sabiq nazir əllərdə kifayət qədər silahın olduğunu da istisna etmir: “Bunlar Qarabağ quldurlarıdır, quldur təfəkküründə də qalırlar, kifayət qədər də silahlar əldə ediblər. Bir gün o silahlar bir-birinə qarşı çevrilə bilər. Sərkisyan artıq hakimiyyətdən getməli idi, amma konstitusiya islahatları aparır ki, baş nazr olaraq qalsın. Bunu isə onun əleyhdarları həzm etmək niyyətində deyillər. Deməli, qarşıdurma qaçılmaz olacaq”.
S.Sərkisyanın ölkədəki proseslərin nəzarətdən çıxmaması üçün Rusiyadan yardım istəyəcəyi şübhəsizdir. S.Ohanyanın Moskvaya bağlı olması erməni prezidentin işini qəlizləşdirir. Artıq Serjik Rusiyadan Avropaya donosbazlıq etməklə öz etimadını itirib. Bu mənada Rusiyanın Ohanyana dəstək verməsi də mümkündür. Üstəlik, Qarabağ separatçıları Rusiyanın iradəsindən kənar davranmağa cürət etməz. İşarəni Moskvadan gözləyən Sərkisyan əleyhdarlarının fəallaşması təsadüfi deyil.
Bu arada Rusiya prezidenti Vladimir Putinin Moskvada səfərdə olan Ermənistan rəhbəri Serj Sərkisyana sətiraltı dedikləri də diqqət çəkir. “Serj Azatoviç, bilirik ki, bizim görüşümüz Ermənistandakı iri daxili siyasət hadisəsi ərəfəsində keçirilir. Aprelin 2-də parlamentə seçkilər nəzərdə tutulur və bütün bunlar üstəlik, konstitusiya islahatı ilə bağlıdır. Proses belə görünür ki, sadə deyil, lakin əminəm ki, Ermənistan sizin rəhbərliyiniz altında bu inkişaf mərhələsini də keçəcək” - Putin deyib.
“Proses belə görünür ki, sadə deyil” sözləri ciddi eyhamdır. Putin erməni həmkarına başsağlığı verirmiş kimi davranıb... \\musavat.com\\