Qarabağda baş verən son hadisələr Ermənistan üçün ölümcül həyat dərsidir
ANS-in məlumatına görə, tanınmış erməni portalı “Lragir” 2-5 aprel günlərində qoşunları təmas xəttində baş vermiş qarşıdurmaya həsr edilmiş məqalələrdən birini belə adlandırıb.
Məqalə müəllifi Naira Ayrumyan aprelin 2-də başlamış və 4 gün davam etmiş döyüşlər nəticəsində Azərbaycan odusunun Ermənistanın 20 il ərzində möhkəmləndirdiyi istehkamları yararaq strateji yüksəklikləri ələ keçirməsinin İrəvana bir neçə istiqamətdə zərbə vurduğunu bildirib. Onun fikrincə, Ermənistan ictimaiyyəti anlayıb ki, ölkələri müstəqil dövlət deyil, müstəmləkədir: “Ermənistanın müttəfiqləri yoxdur, sadəcə Ermənistanı istiqlaliyyətdən məhrum edərək müstəmləkəyə çevirmiş metropoliya - Rusiya var”.
Jurnalistin fikrincə, Ermənistanın diplomatiyası da yoxdur: “Ermənistanın xarici siyasəti də metropoliyaya işləyir - öz maraqlarını irəli sürmür, öz xalqını qurban verir”.
Naira Ayrumyan düşünür ki, Ermənistanda siyasətçi xüsusiyyətlərinə malik rəhbərlər yoxdur: “Demək olar ki, bir il gizlətdilər ki, Rusiya kreditə vəd etdiyi yüksək dəqiq silahları göndərmir”.
Məqalədə dördüncü ölümcül dərs kimi Ermənistanın xarici müdafiə siyasətinin olmamasının aydın olduğu bildirilir: “İsraillə, o cümlədən, yüksək texnologiya sahəsində əlaqə qurmaq əvəzinə, biz İsraliə düşmən ərəb dövlətləri ilə dostluq edirik, çünki indi ərəblər Rusiyanın müttəfiqləridir”.
Müəllifin fikrincə, Ermənistan rəhbərliyi baş verənlərdən sonra öz məsuliyyətini anlamır: “Ölkə prezidenti deyir ki, Ermənistan 80-ci illərin silahı ilə döyüşür. Halbuki, yüksək texnloji silah naminə ölkənin müstəqilliyini Rusiyaya qurban verdi. Bu etirafı ciddi məsuliyyət nəzərdə tutur və bu, baş verəcək”.
Naira Ayrumyanın fikrincə, son hadislər göstərdi ki, Ermənistanın siyasi elitası yoxdur: “Dərhal parlamentin iki fraksiyasının rəhbərləri bildirdilər ki, münaqişə zonasına yad (Rusiya - red.) sülhməramlılarının gətirilməsi qaçılmazdır”.
İlk ehtimala görə, Serj Sarkisyan və onun potensial xələfi kimi tanınan müdfaiə naziri Seyran Ohanyanın münasibətləri pozulub.
Ermənistan müdafiə naziri Seyran Ohanyanın nəzarəti altında olan və əsasən Dağlıq Qarabağda anadan olmuş müəlliflərin məqalələrinə yer verən “Lragir”in belə məqalə dərc etməsi “Qarabağ” klanında bölünmə olduğunu ortaya çıxarır. İlkin ehtimala görə, Serj Sarkisyan və onun potensial xələfi kimi tanınan müdfaiə naziri Seyran Ohanyanın münasibətləri pozulub.
Son günlərdə erməni mətbuatında aprel döyüşlərini şərh edən hərbçilərin arasında Seyran Ohanyanın olmaması da Ermənistanı idarə edən “Qarabağ” klanında parçalanma yaranması qənaətini dərinləşdirir. Serj Sarkisyanın “Qarabağ” klanının əsas rəqibi Levon Ter-Petrosyanla görüşüb Rusiya qoşununu dəvət etmək məsələsində ortaq fikrə gəlməsi də bu parçalanmanın bir təzahürüdür.
Beləliklə, Ermənistan cəmiyyətində SSRİ-nin dağılmasından istifadə edərək silahsız azərbaycanlılara qarşı soyqırım təşkil etməklə Azərbaycan torpaqlarını işğal edərək özünə “qəhrəman” imici yaratmış Qarabağ ermənilərinin hakimiyyət dövrü sona çata bilər. Rəsmi Bakı bu ehtimalı diqqətdən yayındırmamalıdır. Çünki Ermənistan siyasətinə yeni oyunçular gələ bilər və Azərbaycan da onların siyasi oyuna gətirəcəyi yeni variantlara hazır olmalıdır.