Parlament seçkiləri ərəfəsində işğalçı Ermənistanın qarışacağı barədə ehtimallar özünü doğrultdu. Prezident Serj Sərkisyan diqqəti daxildəki problemlərdən yayındırmaq, əsas rəqiblərinin xalqdan dəstəyini minimuma endirmək üçün cəbhə bölgəsində gərginliyin yaranması istiqamətində planlarını reallaşdırsa da, məqsədinə nail ola bilmədi.
Martın 12-də Armavir vilayətinin Cararat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və “İrs” Partiyasının lideri Raffi Ovanisyanın daxil olduğu seçki blokunun seçicilərlə görüşü zamanı silahlara əl atılması da Ermənistanın qarışmasının sadəcə an məsələsi olduğunu deməyə əsas verir. Erməni mediasının yaydığı məlumata görə, blokun seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin qohumu, hakim Respublika Partiyasının üzvü Samvel Qalstyan Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları da havaya atəş açıblar və Qalstyanı zərərsizləşdiriblər. Virtualaz.org yazır ki, nəticədə dava düşüb və hər iki tərəfdən xəsarət alanlar, həmçinin saxlanılanlar var.
“Mənim tərəfdarlarımın peşəkarlığı sayəsində onu tərk-silah etmək mümkün olub, silah polisə təhvil verilib”-Ohanyan deyib. Maraqlısı budur ki, baş verənlərə görə Ohanyanın tərəfdarları saxlanılıb. Keçmiş müdafiə naziri də bildirib ki, hakimiyyət bu insidentə görə ancaq bir tərəfi yox, bütün iştirakçıları həbs etməli idi. Bu isə ondan xəbər verir ki, olay ekspromt alınmayıb, hakimiyyətin ssenarisinə uyğun həyata keçirilib. Davada iştirak edənlərdən və Ohanyanın adamları tərəfindən döyülənlərdən birinin Ermənistan polis rəisinin müavini Levan Yeranosyanın qardaşı olması da bunu təsdiqləyir. Lernik Yeranosyan ağır kəllə-beyin travması alıb. S.Sərkisyan rəqiblərini sıradan çıxartmaq üçün ən ağlasığmaz addımlara gedir. Bundan əvvəl blokun digər üzvü, sabiq xarici işlər naziri Vardan Oskanyanın oğlunu vergidən yayındığına görə həbsə atmışdılar.
Daha sonra Sərkisyanla ortaq cinayətlərə imza atmış Ohanyana qarşı korrupsiya ittihamları dövriyyəyə buraxıldı. Lakin S.Ohanyan bu ittihamların rəsmiləşdiriləcəyi təqdirdə korrupsiya cinayətləri ilə bağlı ciddi faktlar açıqlayacağı ilə şantaj etdikdən sonra məsələnin üzərinə gedilmədi. İndi isə “təsadüfi adam” silahla Ohanana atəş açır... Atəş hədəfə dəysə, Sərkisyan çox ciddi bir rəqibindən qurtula bilərdi. Ohanyanın parlamentdə olması, yaxud gələcəkdə bu blokun üstünlük qazanması hakimiyyət üçün hər zaman başağrısına çevriləcək, bunu S.Sərkisyan da anlayır.
Aprel seçkilərinə isə hələ vaxt var, bu müddətdə yeni sürprizlərin olması istisna deyil. Qarabağ anlaşmasını pozmaq üçün Ermənistan parlamentinin gülləbaran edilməsi hadisəsini, həmçinin S.Sərkisyanın prezidentlik kürsüsünə yolunu açmaq naminə 2008-ci ilin 1 martında İrəvan küçələrində insanların atəşə tutulmasını işğalçı ölkədə heç kim unutmayıb. Bu fakt onu deyir ki, dərin böhrana yuvarlanmış, üstəlik də Azərbaycan torpaqları uğrunda çoxlu itkilər vermiş Ermənistanda hər an ciddi qarşıdurmalar baş verə bilər. Müşahidələr göstərir ki, artıq erməni xalqı və müxalifəti Sərkisyanın nağıllarına dözmək niyyətində deyil.
Ermənişünas alim Qafar Çaxmaqlı da hesab edir ki, Ermənistanda Sərkisyana əsas rəqib Ohanyandır: “Moskva isə bu namizədi götür-qoy edir. Seçkilərdə də Ohanyan- Oskanyan-Raffi bloku ən güclü sayılır. Ohanyan özü bir çox açılmamış cinayətlərin arxasında duran adamlardandır. Hakimiyyət ona bu səbəbdən lazımdır ki, cinayətləri ört-basdır edilsin. Qarabağda olarkən də ona sui-qəsd edilmişdi, ”Topal Seyran" kimi tanınır. Ermənistanda bu seçkilərdə hakimiyyətin qurduğu oyunlar da var".
***
Ermənistan daxilində parçalanma mühitinin müşahidə olunduğu bir vaxtda Azərbaycanın başlatdığı çox uğurlu bir proses də diqqət çəkir. Bu, rəsmi Bakının dəstək verdiyi sülh prosesidir. Azərbaycan həm təmas xəttində düşmənə layiqli cavab verdiyini nümayiş etdirir, həm də “Ermənistan-Azərbaycan Sülh Platforması” vasitəsilə dünyaya, o cümlədən işğalçı ölkəyə müharibə dəhşətlərindən yayınmaq üçün alternativ təqdim edir. Mühüm olan budur ki, Azərbaycan on illər boyu mifə çevrilmiş erməni diasporunu parçalaya bilib. Budur, dünənə qədər erməni diasporunda yer alıb Azərbaycana qarşı təbliğat savaşı aparan erməni fəallar Bakıda Sərkisyan rejimini lənətləyir, Xocalı soyqırımına, Azərbaycan torpaqlarının işğalına görə üzrxahlıq edir.
Martın 14-də Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənbələr, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransı işinə başlayıb. Müxtəlif ölkələrdən 50-yə yaxın artıq alim və siyasətçinin iştirak etdiyi tədbirdə çıxış edən erməni hüquq müdafiəçisi, yazıçı Vaqe Avetyan deyib ki, 5 erməni yazıçısı birləşərək bəyanat qəbul ediblər. “Bu gündən sonra barışsaq da, döyüşsək də, biz ermənilərin törətdiyi soyqırımı qəbul edirik və azərbaycanlılardan buna görə üzr istəyirik”-Avetyan bildirib.
***
Azərbaycan vaxtaşırı Ermənistana və Qarabağ ermənilərinə xilas yollarını da göstərir. Hətta Bakıdakı erməni fəallar Qarabağdakı mülki əhaliyə və hərbçilərə silahı yerə qoymaq, yaxud onu Sərkisyan rejiminə qarşı çevirməklə bağlı çağırışlar edirlər. “Son 8 il ərzində demişəm ki, Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış erməni vətəndaşları Azərbaycan bayrağı altından keçərək xalqımıza, onun konstitusiyasına, qanunlarına hörmət edib Azərbaycanda, eləcə də Qarabağda yaşaya bilərlər”. Bunu Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov modern.az-a açıqlamasında deyib.
İrəvanın bu kimi çağırışları sükutla qarşılaması işğalçının necə çətin durumda qaldığını isbatlayır. Bir sıra müşahidəçilər hesab edir ki, İrəvanın sülh danışıqlarından imtinası, üstəlik, cəbhədə gərginliyi artırması şəraitində Azərbaycanın əlinə işğala son qoymaq üçün real fürsət düşüb. Üstəlik, başı seçki mübarizəsinə qarışan düşməni cəzalandırmaq üçün gözəl şans yaranıb və bunu dəyərləndirmək lazımdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, aprel ayı Ermənistan üçün ağır keçəcək: “Ermənistan hakimiyyətinin, müxtəlif siyasi dairələrinin və cəmiyyətinin aprel ayı ilə bağlı iki böyük qorxusu var. Birinci qorxu ondan ibarətdir ki, aprel ayında Azərbaycan ordusu yenidən hücuma keçərək yeni ərazilər azad edəcək və bu zaman Ermənistan ordusunda keçən il olduğu kimi, böyük itkilər qeydə alınacaq. Ermənistanın əhalisi onsuz da azalır. Növbəti dəfə yüzlərlə itkini Ermənistan cəmiyyətinin həzm etməsi problematikdir. İkinci qorxu isə ondan ibarətdir ki, 2 aprel parlament seçkisində Ermənistanda ara qarışacaq. Məndə olan məlumatlara görə, Ermənistanda Sərkisyana qarşı bəzi qruplar hətta silahlı mübarizəyə də hazırlaşırlar”. Ekspert hesab edir ki, işğalçı ölkədə seçkinin saxtalaşdırılması və inzibati resurslardan istifadə imkanları böyükdür: “Ötən ilin yayında İrəvanda silahlı qrup polis məntəqəsini ələ keçirərək, qanun keşikçilərini girov götürmüşdülər, ölən və yaralanan oldu. Ermənistanda əllərdə başqa silahlar da var. Özü də bu ölkədə ”silahların danışması" təcrübəsi böyükdür. Əgər indidən keçmiş müdafiə naziri Seyran Ohanyana atəş açıblarsa, seçkidən sonra başqa silah səslərinin eşidilməsi ehtimalı da yüksəkdir". E.Şahinoğlu mövcud durumu Azərbaycan üçün şans hesab edir: “Ermənistanda parlament seçkisi sakit keçsin deyə, bizim də xüsusi öhdəliyimiz yoxdur. Seçki oldu-olmadı işğalçıların Dağlıq Qarabağ ətrafındakı rayonlarında ayaqlarının altındakı torpaq da od tutub yanmalıdır”.
Ekspert Qafar Çaxmaqlı işğalçının da savaş xofu içərisində olduğunu söylədi: “Son zamanlar Ermənistan televiziyalarında, özəlliklə ”Kentron TV"-də Azərbaycanın bu ərəfədə hücuma keçəcəyi barədə xəbərlərə rast gəlirəm. Ermənilər demək olar ki, müharibəyə hazırlaşırlar. Amma erməni ordusunun Azərbaycanın hücumlarına tab gətirməyəcəyi xəbərləri də diqqətdən qaçmamalıdır. Ayrı-ayrı partiyalar Sərkisyan hakimiyyətini tənqid edir ki, indiyəcən Azərbaycanla sülhə nail olmayıb . Azərbaycanın torpaqlarını azad edəcəyini halda haqlı olacağını da söyləyənlər var. Müdafiə naziri Vigen Sarkisyan bir toplantıda deyir ki, xalq özü öz müdafiəsini təşkil etmək üçün birliklər qurmalıdır. Muzdlu savaşçılardan da danışılır. Bu, o deməkdir ki, Ermənistan öz ordusuna güvənmir. Biz budəfəki fürsəti əldən verməməliyik. Onsuz da nə vaxtsa bu işi görəcəyik. Münasib fürsəti dəyərləndirmək lazımdır. Ermənistan cəmiyyəti paramparça vəziyyətdədir. Bəlkə də belə an bir daha yetişməz".
“Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan öz işğal edilmiş ərazilərini mütləq geri alacaq”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov deyib. (“Trend”) Özü də Azərbaycan rəsmisi bu fikirləri ermənilərin də iştirak etdiyi tədbirdə söyləyib. İşğalçı ölkənin düşünmək üçün vaxtı çatmaya bilər. Mümkündür ki, növbəti təxribat isə Azərbaycan ordusunun irimiqyaslı əməliyyatlara keçməsinə və işğalçı ölkədə seçkilərin tam unudulmasına gətirib çıxarsın. Görəsən, aprel müharibəsindən sonra özünü itirən Sərkisyan həmin anı təsəvvür edirmi?
***
Çox güman ki, Ermənistan prezidenti Rusiyaya arxayındır. Elə onun Moskvaya iki günlük səfəri də şimal qonşumuzdan həm təhlükəsizlik, həm də seçkilərlə bağlı təminat almağa hesablanıb. Məlumata görə, Ermənistan və Rusiya Gümrüdə birgə müdafiə sənaye kompleksinin yaradılmasını müzakirə edəcəklər (axar.az). Ermənistan prezidenti “İzvestiya” qəzetində dərc edilən məqaləsində də bu istəyini açıqlayıb. Ermənistan prezidenti hansısa yolla Rusiyanı münaqişəyə cəlb etmək istəyir.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Ermənistan prezidentinin seçkiöncəsi Moskvaya səfər etməsi Rusiyanın timsalında dəstək tapmağa hesablanıb: “Sərkisyanın bu səfərdən əsas məqsədi atəşkəsə riayət olunacağına dair Moskvadan təminat almaqdır. Başqa sözlə, Sərkisyan istəyir ki, Kreml aprel ayında Azərbaycana hücuma keçməyə imkan verməsin, Bakıya təzyiqini artırsın və o bu vəziyyətdə seçkini öz bildiyi kimi keçirsin. Sərkisyanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün digər məqsədi Gümrüdə Rusiya ilə birgə hərbi-sənaye kompleksinin yaradılmasıdır. Məsələ burasındadır ki, Putin 2013-cü ildə Ermənistana səfəri zamanı Sərkisyanla birgə Gümrüdəki Rusiyanın hərbi bazasına baş çəkdikdə, orada birgə hərbi sənaye istehsalına başlanacağını vəd etmişdi. Üstündən 4 il keçib, ortada heç nə yoxdur. Ona görə Sərkisyan incə mesajla Putinə xatırlatmaq istəyir ki, Gümrüdəki bu istehsalı yaratmaq lazımdır. Sərkisyan qorxu içindədir. Çünki Azərbaycanın hərbi sənayesi inkişafdadır, hər il yeni silah və texnika ərsəyə gəlir. Ermənistan isə yeni texnikanı Rusiyadan dilənmək məcburiyyətindədir. Ona görə də Kremlə bu dəfə yalvarışlarının məqsədi başqadır: gəlin birlikdə hərbi-sənaye istehsalı quraq. Rusiyanın nə marağı var ki, kasıb Ermənistanda hərbi sənaye istehsalına başlasın? Rusiyada bu istehsalı öz ərazisində qurub və satışdan milyardlarla dollar qazanır. Ona görə də Sərkisyanın Moskvadan əlidolu qayıdacağını sözləmək çətindir”.
Bu arada İrəvan gərək “aprel dərsi”ni də unutmasın. Ötən ilki döyüşlər zamanı V.Putin bir neçə gün susduğu kimi, növbəti savaş zamanı da aman istəyın Sərkisyanın telefon zəngini cavablandırmaya bilər. Üstəlik, Azərbaycan hər zaman bəyan edib ki, o, sərhədləri daxilində əməliyyat keçirməyi planlaşdırır. \\musavat.com\\