Ötən ilin aprelindəki 4 günlük müharibədə Ermənistanın aldığı hərbi zərbə həm ölkə toplumunun ovqatında, həm də əhalinin sosial-iqtisadi durumunda özünü getdikcə daha qabarıq göstərməkdədir. “Yeni Müsavat” xəbər verir ki, bunu artıq yerli analitiklər də etiraf və qeyd edirlər. Eyni zamanda proseslərin daha pis ssenari üzrə inkişaf edə biləcəyi haqda xəbərdarlıqlar etməkdə, SOS siqnalları verməkdədirlər.
Yerli təhlilçilər belə vəziyyətə görə haqlı olaraq kriminal Sərkisyan rejimini ittiham edirlər. Bu xüsusda istər erməni siyasi şərhçilərinin, istərsə də erməni iqtisadçı analitiklərin son açıqlamaları diqqət çəkməklə yanaşı, işğalçı ölkədəki daxili ictimai fikri və mənəvi ovqatı da yaxşı əks etdirir. Toplumdakı apreldən sonrakı qırılma, yeni müharibə xofu isə əhalini daha bədbin ovqata kökləməkdədir...
***
“20 il bizə yalan danışdılar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və yalnız vaxtı uzatmaq qalır”. Bu barədə erməni politoloq Aqasi Yenokyan münaqişə ətrafındakı son durumu və sülh danışıqlarının perspektivini şərh edərkən deyib. (publika.az)
Onun sözlərinə görə, 2016-cı il ermənilərə Qarabağ münaqişəsinin əsla həll olunmadığını xatırladıb: “Əvvəl biz yaşayırdıq, işləyirdik və 20 il boyunca dövlətin o fərziyyəsinə inanırdıq ki, münaqişə həll edilib, sadəcə vaxtı uzatmaq lazımdır. Aprel müharibəsi isə göstərdi ki, illər boyu bizə yalan danışıblar və hər şey deyildiyi kimi deyil. Belə çıxır ki, bizim gözlərimizi açdığı üçün düşmən hesab etdiyimiz Azərbaycana minnətdar olmalıyıq” - erməni politoloq qeyd edib.
“20 il bizə yalan danışdılar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və yalnız vaxtı uzatmaq qalır”
Onun əminliyinə görə, Ermənistan münaqişənin həlli yönündə hərəkət etmir: “Aprel müharibəsindən sonra Qarabağ münaqişəsinin nizama salınmasında iki mərhələ baş verdi. Birinci mərhələdə Ermənistan münaqişənin həll olunması məsələsinə razılaşdı. İkinci mərhələdə isə Azərbaycan təmasları artırmaq istiqamətində işlədi, lakin Ermənistan təmaslardan çəkindi. Hərbi paradda isə hakimiyyət ”İsgəndər"ləri nümayiş etdirərək bizi əmin etməyə çalışdı ki, Azərbaycandan üstünük. Lakin reallıq fərqlidir. Həmçinin, ərazilərin qaytarılması məsələsi gündəmə gəldi. 2017-ci ildə Ermənistanda seçkilər gözlənilir və güman ki, ərazilərin qaytarılması, münaqişənin həlli məsələsi əsas müzakirələrdən biri olacaq. Bütün bunlara baxmayaraq, bizim münaqişənin həlli istiqamətində hərəkət etmədiyimiz dəqiqdir".
***
Erməni tanınmış iqtisadçı Aşot Yeqizaryan isə Karen Karapetyanın baş nazir kimi 100 günlük fəaliyyətini şərh edərkən deyib ki, ölkə iqtisadiyyatının indiki durumu Karapetyan baş nazir təyin edilən günlə müqayisədə daha ağırdır. 1 in.am-a danışan iqtisadçı ekspert qeyd edib ki, Ermənistan iqtisadiyyatının vəziyyəti, yumşaq desək, xəstədir: “Həmin təyinat zamanı kifayət qədər çox gözləntilər var idi. Amma 100 gün sonra situasiya daha betər olub. Hansısa uğurdan söhbət belə getmir, çünki belə uğur, sadəcə, yoxdur. Ermənistan özünü Rusiyaya ”calaq etdikcə", - hansı Rusiya ki, ona qarşı bütün dünyada təcrid siyasəti aparılır, - heç bir inkişaf olmayacaq" - Yeqizaryan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan özü-özünü hər hansı alternativ inkişafdan, istənilən qəbildən olan müstəqil seçimdən məhrum edib və xarici iqtisadi siyasət aparmaq imkanında deyil. “Bizim seçim imkanımız yoxdur. Biz Avropa Birliyindən imtina eləmişik. İrandan imtina edirik. Bizi seçmək imkanından məhrum ediblər. Bu şərtlər və şərait qaldıqca, situasiya daha da ağır olacaq”, - deyə o əlavə edib.
***
Bu qənaətlə sözsüz ki, razılaşmamaq qeyri-mümkündür. Ancaq erməni ekspertlər bir həqiqətdən danışarkən başqa acı həqiqəti söyləməkdən nədənsə çəkinirlər. Məsələ ondadır ki, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumun baş səbəbi məhz Dağlıq Qarabağ ixtilafıdır, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Yerdə qalanlar - Rusiyanın quberniyasına çevrilmək, “iqtisadi seçim imkanlarını itirmək”, sürətli emiqrasiya, “Rusiyaya calaq olmaq” - hamısı nəticələrdir, səbəb yox.
İşğalçı ölkə Azərbaycandan torpaq qoparmaq naminə Rusiyanın satelliti olmağa razılaşdıqca onun vəziyyəti heç vaxt yaxşılaşmayacaq - bu, aksiomdur. Çünki Moskva məsələdə İrəvanın müttəfiqi və işğal ortağı olsa da, Qarabağ probleminin birdəfəlik həllini də arzulamır. Sadəcə olaraq, Dağlıq Qarabağ məsələsindən Azərbaycan və Ermənistanı öz siyasi-hərbi orbitində saxlamaq üçün istifadə edir.
Demək, çarə yenə ermənilərin özünədir: ya Azərbaycan torpaqlarına olan iştahlarından, eləcə də Türkiyəyə, Gürcüstana ərazi iddiasından əl çəkib, bütün qonşularla dinc-yanaşı yaşamaq, iqtisadi inkişaf etmək yolu seçmək, gec də olsa, iri regional layihələrə qoşulmaq, ya da indiki kimi, Rusiyanın marioneti qismində həmişə miskin kökdə olmaq, izolyasiya şəraitində yaşamaq, böyük emiqrasiya problemi yaşamaq.
Belə bir seçimi Ermənistanın yerinə heç kim etməyəcək.