Qarabağ danışıqlarında durğunluq davam edir. İrəvan rəsmilərinin son aqressiv bəyanatlarından belə qənaət hasil olur ki, bu durğunluq tezliklə bitməyəcək. Çünki təəssüflər olsun ki, nə vasitəçi dövlətlər, nə də işğalçı Ermənistana az-çox təsirə malik digər regional, qonşu dövlətlər (məsələn, İran) İrəvana münasibətini dəyişməyə hazırlaşmır.
Yaranmış vəziyyətdə Dağlıq Qarabağda Bakının mini-müharibə taktikası xüsusi aktuallıq qazanmaqdadır. Bir sıra siyasi və hərbi ekspertlərə görə də işğalçıya vaxtaşırı preventiv zərbələr endirməklə onu taqətdən salmaq mövcud durumda Azərbaycan üçün ən əlverişli yol ola bilər. Çünki o halda təcavüzkar Qarabağ məsələsində tutduğu radikal mövqenin perspektivsizliyinə dönə-dönə əminlik hasil edəcək, erməni toplumunu daha obyektiv bir hökumət qurmaq zorunda qoyacaq.
***
“Mən əminəm ki, 4 günlük aprel müharibəsi zamanı Ermənistana ağır zərbə vuran Azərbaycan Vyana və Sankt-Peterburq danışıqlarında taktiki səhvə yol verib. Əslində isə Bakı birinci prinsipi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi olan ”Madrid prinsipləri"nin ardıcıl yerinə yetirilməsində təkid etməli idi. Bakı isə tamamilə qeyri-real olan atəşkəslə bağlı hansısa “araşdırma mexanizmlərinin tətbiqi”nə razılıq verdi - özü də münaqişə zonasının özündə".
Musavat.com-un məlumatına görə, bu sözləri rusdilli vesti.az-a ABŞ-Azərbaycan İnkişafa Dəstək Fondunun baş eksperti Aleksey Sinitsin deyib. Onun sözlərinə görə, belə “mexanizmlər”in axtarışı siyasi dalana aparır: “Və bunun nəticəsi olaraq da Ermənistan aprel şokundan ayıldı və öz prezidenti Serj Sərkisyanın dilindən Azərbaycan üçün tamamilə qeyri-məqbul olan təkliflər səsləndi. Erməni lideri dedi ki, heç kim Dağlıq Qarabağın taleyini həll etmək hüququna malik deyil - nə Ermənistan, nə də Azərbaycan. Bu isə o deməkdir ki, Ermənistan yox, məhz separatçı ”DQR" danışıqların subyekti kimi qəbul olunmalıdır - nəyin nəticəsində ki, Sərkisyanın iddiasına görə, Dağlıq Qarabağın əhalisi vasitəsilə regionun yekun statusu müəyyən edilməlidir".
Ekspertin sözlərinə görə, Sərkisyanın dediyi absurd və təxribatçı bir təklifdir və onu heç ciddi müzakirə etməyə də dəyməz: “Mən təəccüblənmərəm, əgər bununla erməni tərəfi vaxtı uzadıb apreldəki uğursuzluğa görə revanş götürmək üçün yaxşı hazırlaşmaq niyyəti güdürsə. O vaxt ermənilər şokda idilər. Hələ havadan barıt qoxusu çəkilməmişdi, Sərkisyan isə Moskvaya deyil, Angela Merkelin yanına qaçdı ki, hamıdan hamıya şikayət eləsin. Tədricən erməni isteblişmenti özünə gəldi və indi erməni KİV-ləri öz həmvətənlərini inandırmağa çalışır ki, onlar guya aprel müharibəsində qələbə qazanıblar”.
Analitik bu və digər səbəblərdən danışıqlar prosesində tezliklə irəliləyiş gözləmir. “Amma ermənilərin keçən ilki məğlubiyyətə görə revanş götürmək cəhdlərini istisna etmirəm. Yeri gəlmişkən, həmin məğlubiyyət Ermənistan üçün təkcə strateji yüksəkliklərin itirilməsi ilə deyil, həm də Müdafiə Nazirliyi rəhbərliyinin bütünlüklə dəyişməsi, hakim elitaya etimadın çökməsi, etiraz aksiyaları və hətta dövlət çevrilişi cəhdi ilə nəticələndi. Ona görə də əgər erməni tərəfi hansısa revanşa cəhd eləsə, o zaman Azərbaycan ordusunun lokal da olsa, güclü cavab zərbəsi Ermənistan hakim elitasının bütün iyerarxik nərdivanını kənara tullayacaq. Bu isə çoxillik Qarabağ böhranının ədalətli həllinə doğru real addım olar”.
***
Yeri gəlmişkən, Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyan hazırda İranda 3 günlük səfərdədir. Dünən o, İranın müdafiə nazirləri Hüseyn Dehqanla görüşüb. Görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. Bu barədə “Iran Daily” məlumat yayıb.
“Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər regionda sülh və sabitliyin qorunub-saxlanması üzrə səylərin mühümlüyünü, həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar”, - deyə məlumatda bildirilir. Erməni müdafiə naziri regionda gərginlik və böhranların aradan qaldırılmasında, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasında İranın rolunu alqışlayıb.
Əslinə qalsa, İranın konfliktin həllində heç bir pozitivi rolu yoxdur. Əksinə, Tehran illərdir təcavüzkar ölkəyə maddi-iqtisadi dəstək verməklə, Ermənistana “nəfəsliyi” açıq saxlamaqla İrəvanın Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv və təxribatçı mövqeyini gücləndirir, Qarabağ düyününün açılımasına mane olur. Yəni İran əgər nizamlama prosesində müsbət rol oymamaq istəyirsə, o zaman məntiqlə, ilk növbədə Ermənistana real təsir rıçaqlarını işə salmalıdır.
Bu isə görünmür. Prezident Həsən Ruhaninin İrəvan səfəri də göstərdi ki, Tehran faktiki surətdə, bölgədə müharibə istəməsə də, Ermənistana təzyiq göstərməyə də hazırlaşmır. Əksinə, işğalçı ölkə ilə iqtisadi-ticari əlaqələri daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır. Ruhaninin İrəvanda Qarabağa dair şablon bəyanatla çıxış eləməsi, “işğal” sözünü dilə gətirməməsi, BMT TŞ-nin Qarabağa dair məlum qətnamələrinin adını çəkməməsi bu xüsusda təsadüfi sayıla bilməz.
***
O ki qaldı Ermənistan müdafiə nazirinin Tehrana 3 günlük səfərinə, bunu ən əvvəl Ruhaninin İrəvan ziyarətinin ardınca işğalçı ölkə ilə müsəlman cənub qonşumuz arasında ilişkilərin yetərincə isti olmasının növbəti təzahürü kimi qəbul eləmək lazım gəlir. Hər necə olmasa, beynəlxalq məhdudiyyətlər üzündən İranla Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlıq elə də dərin deyil.
Ayrı sözlə, Sərkisyanın İran səfəri daha çox siyasi-təbliğati niyyət güdür və işğalçı Ermənistanın tək olmadığı, İranın onun yanında yer aldığı haqda Azərbaycana ismarış xarakteri daşıyır, nəinki hərbi aspektdən önəm. Bunu həmçinin Tehranın Bakıya orijinal mesajı da saymaq mümkündür. Bu yerdə İranın müdafiə naziri H. Dehqanın az öncə İsrail baş naziri B.Netanyahunun Azərbaycan səfəri ilə bağlı Bakının ünvanına hədələyici ifadələr işlətməsini də yada salmağa dəyər.
Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı ənənəvi aqressiv davranışında, indi isə aprel rüsvayçılığına görə revanş yanğısı ilə yaşamasında İran amilinin məxsusi yeri var - təbii ki, təcavüzkarın xeyrinə. Vigen Sərkisyanın yeni müdafiə naziri qismində xaricə ikinci səfərini Rusiyadan sonra məhz İrana etməsi də özlüyündə az şey demir.
\\musavat.com\\