Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla telefonla danışıb.Danışıq zamanı Avro-Atlantik təhlükəsizliyi və Şimal qütbündə Rusiyanın qarşısını almaq ehtiyacı müzakirə olunub:
"Liderlər Avro-Atlantik təhlükəsizliyini müzakirə ediblər və Rusiyanın Şimalda qarşısını almaq zərurəti barədə razılığa gəliblər".
Açıqlamaya görə, Avropa müttəfiqləri son aylarda "Avro-Atlantik maraqlarını müdafiə etmək" səylərini artırıblar, lakin Starmer "daha çox iş görülə bilər" deyib.