Sarkisyan prezidentlikdən imtina edir?

Sarkisyan prezidentlikdən imtina edir? Ermənistanın dövlət başçısı 2017-ci ildə deputat seçkilərinə qatılacaq

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan yenidən hakimiyyət uğrunda mübarizəyə başlayır. 2017-ci ildə keçiriləcək parlament seçkilərində Erməni Milli Konqresinin namizədlər siyahısına Levon Ter-Petrosyan rəhbərlik edəcək. Cebhe.info xəbər verir ki, bu açıqlamanı Erməni Milli Konqresinin ölkə parlamentindəki fraksiyasının nümayəndəsi Levon Zurabyan verib.

“2008-ci ildən bəri ən azı rübdə bir dəfə Eduard Şarmazanovun Erməni Milli Konqresinin dağılması barədə iddiaları tükənib. Onlara elə gəlir ki, əgər nəyisə tez-tez təkrarlasan, bu, həqiqət ola bilər. Təkrar güclü silahdır”-Zurabyan belə deyib.

Öz növbəsində hakim Respublika Partiyasının proporsional siyahısına Ermənistan prezidenti Serj Sarkisyan liderlik edəcək. Bu məlumatı isə Respublika Partiyasının Ermənistan parlamentindəki deputat fraksiyasının rəhbəri Vardan Baqdasaryan verib. Baqdasaryanın bildirb ki, Serj Sarkisyan Respublika Partiyasının lideridir və onun siyahıya başçılıq etməməsi üçün heç bir əsas yoxdur.

Növbəti il keçiriləcək seçkilərdə əsas rəqabətin Respublika Partiyası, Erməni Milli Konqresi və Qagik Tsarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası arasında gedəcəyi gözlənilir. Ancaq sabiq dövlət başçısı Robert Koçaryan seçkilərdə namizədliyini irəli sürsə, bu, Ermənistanın siyasi palitrasını qarışdıra bilər. Çünki Robert Koçaryanın seçkilərə qatılması hakimiyyətdə olan Qarabağ klanı arasında siyasi ziddiyyətlərə yol aça bilər. Ona görə də Robert Koçaryan Serj Sarkisyan üçün ciddi rəqib hesab olunur. Eyni zamanda, keçmiş müdafiə naiziri Seyran Ohanyanın da seçkilər öncəsi yeni siyasi qüvvə ilə meydana çıxacağı istisna edilmir. Bu isə Ermənistan hökumətinin ilk dəfə parlamentar sistem əsasında formalaşması prosesinin gərgin keçəcəyindən xəbər verir.

Ancaq Serj Sarkisyanın seçkilərə qatılması mübahisəlidir. Çünki prezident deputat seçilmək üçün tutduğu vəzifədən istefa verməlidir. Ermənistan qanunvericiliynə görə, prezident eyni zamanda, baş nazir seçilə bilməz. Deməli, Sarkisyan seçkilərə qədər ya prezident vəzifəsindən istefa verməli, ya da Respublika Partiyasının proporsional siyahısına başçılıqdan imtina etməlidir. Serj Sarkisyanın prezidentlik müddətinin 2018-ci ildə başa çatacağını nəzərə alsaq, onun hazırki situasiyada istefa verib, növbədənkənar seçkilərə gedəcəyi real görünmür. Böyük ehtimalla V.Baqdasaryanın açıqlaması daha çox seçkilərə iddialı olan Qarabağ klanının digər nümayəndələrinə qarşı preventiv siyasi cavab məqsədi daşıyır.(cebhe.info)

Oxşar xəbərlər