Sabiq daxili işlər naziri hakimiyyəti bu imkanı əldən verməməyə və hərbi əməliyyatlara başlamağa çağırdı
Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Martın 5-də işğalçı ölkədə seçkiqabağı təşviqat kampaniyasına start verilib. Seçkilərdə 5 partiya və 4 seçki bloku mübarizə aparacaqlar. Bunlar hakim Respublikaçılar Partiyası, “Daşnaksütyun”, “Azad Demokratlar”, “Erməni Dirçəlişi” və Ermənistan Kommunist partiyalarıdır.
Ermənistan parlamentinə düşmək uğrunda mübarizə aparan bloklar isə bunlardır: “Çıxış Yolu” bloku (təsisçi-İşıqlı Ermənistan Partiyasının rəhbəri Edmon Marukyan), “Tsarukyan” bloku (Çiçəklənən Ermənistan Partiyasının sədri Gagik Tsarukyan), “Ohanyan-Raffi-Oskanyan” bloku (keçmiş müdafiə naziri Seyran Ohanyan, eks-xarici işlər naziri Vardan Oskanyan və İrs Partiyasının lideri Raffi Ovanisyan və Erməni Milli Konqresi Ermənistan Xalq Partiyasının bloku (keçmiş prezident Levon Ter-Petrosyan).
Partiyalar və seçki blokları deputatlığa namizədlərin siyahısını proporsional sistem üzrə təqdim ediblər.
Qeyd edək ki, 2015-ci ildə Ermənistan Konstitusiyasına edilən dəyşikliklərdən sonra Ermənistan yarım-prezident idarəçiliyindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Aprelin 2-də keçiriləcək parlament seçkisi konstitusiyaya dəyişikliklərdən sonra keçirilən ilk seçkidir.
Konstitusiyaya dəyişikliklərə görə, parlamentdə 101 deputat təmsil olunacaq. 50 faizdən çox səs toplayan partiya və ya blok hökumətə sahiblənəcək.
Ermənistan mətbuatı və sosial şəbəkələrdə verilən məlumatlardan aydın olur ki, ölkədə seçkiqabağı təşviqat kampaniyası ciddi rəqabət şəraitində keçəcək. Müxalifət hərbçiləri, pensiyaçıları və erməni anaları ələ alır. Seçki kampaniyası ilk günündən müxalifətlə hakimiyyət arasında qarşılıqlı ittihamlarla start götürüb. Əksər siyasi ekspertlər bu seçkilərin ölkənin parlamentli respublika idarəçiliyinə keçidi təmin edən və hakimiyyətə kimin gələcəyini həll edən seçkilər olduğunu əsas göstərək böyük qarşıdurmalarla keçəcəyini, hətta qanlı hadisələrlə müşayiət olunacağını proqnozlaşdırırlar.
AMDP sədri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, mart-aprel aylarında Ermənistanda siyasi gərginlik kəskin qarşıdurma müstəvisinə keçəcək, bu vəziyyətin Ermənistan cəmiyyətinin, cəbhə xəttində ermənilərin əhval-ruhiyyəsinə də təsir edəcəyi şübhəsizdir. Onsuz da keçən ilin aprelindən Ermənistan cəmiyyətində, hakimiyyət-müxalifət münasibətlərində gərginlik yaşanır. Qarşıdakı parlament seçkiləri hakimiyyətin taleyini həll etdiyi üçün ölüm-dirim savaşına çevriləcək.
Azərbaycan bu fürsəti əldən verməməlidir: “Torpaqlarımızı işğaldan azad etmək üçün genişmiqyaslı və ildırımsürətli hərbi əməliyyatlara başlamaq lazımdır. Bu məsələdə gecikirik, təcili hərəkətə keçməyin zamanı çatıb. Onsuz da Ermənistan son həftələrdə hər gün atəşkəsi yüz dəfələrlə pozur, atəşkəs rejimi artıq yoxdur və işğalçı ölkə əslində atəşkəs rejimini aradan qaldırıb və müharibəni başlatmış sayılır. Tarixi fürsət yaranıb və Azərbaycan təcili hərəkətə keçməlidir. Azərbaycan ordusunun hərəkətə keçməsi Qarabağdakı işğalçı erməni hərbçilərini pərən-pərən salacaq. Ermənistandan Qarabağa hərbi xidmətə göndərilən erməni gənclərin əksəriyyəti silahı atıb Ermənistana qaçmağa fürsət gəzirlər. Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayanda bu, həmin əsgərlər üçün fürsət olacaq. Azərbaycan hakimiyyəti heç nədən, heç bir kənar qüvvədən çəkinməməli, siyasi iradə nümayiş etdirib orduya, xalqına arxalanıb hərbi əməliyyatlara başlamaq qərarı verməlidir. Xalqın dəstəyini qazanıb irəliyə getmək lazımdır. Artıq tamamilə aydındır ki, Qarabağ problemi sülh yolu həll olası deyil. Bu problem ancaq güc yolu ilə həll edilməlidir. Biz nə qədər ki, öz gücümüzü daha geniş şəkildə göstərməmişik, dünya birliyi də indiyəqədərki mövqeyində qalacaq”.
İ.Həmidov qeyd edib ki, bu gün Azərbaycan Ermənistandan qat-qat güclüdür, ölkəmizin imkanları torpaqlarımızın azad olunması üçün yetərlidir: “Napoleona sual veriblər ki, uğurlu hərbi əməliyyatlara başlamaq üçün nə lazımdır? Cavab verir ki, üç şey lazımdır-pul, pul, pul. Azərbaycanın iqtisadi imkanları, iqtisadi, maliyyə potensialı Ermənistanın imkanlarından güclüdür. Bizə o qalır ki, özümüzdə cəsarət tapıb əməliyyatlara başlayaq. Mən hesab edirəm ki, Azərbaycan hərbi əməliyyatlarda hazırda hərbi xidmətdə olan hərbçilərmizlə yanaşı, Qarabağ müharibəsinin iştirakçısı olmuş təcrübəli keçmiş döyüşçülərdən də istifadə etməlidir”.
AMDP sədri onu da deyib ki, əgər torpaqlarımızın azad olunması uğrunda hərbi əməliyyatlar başlansa, Azərbaycandakı müxalif siyasi partiyalar hərbi əməliyyatlar zamanı siyasi fəaliyyətlərini dayandırıb hərbiyə kömək edəcəklər: “Mən demək olar ki, bütün siyasi partiyaların bu cür bəyanatları ilə tanışam, mövqelərini bilirəm. Ermənistan istisna olmaqla, dünyanın bütün dövlətləri, bütün beynəlxalq təşkilatlar, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıblar. Azərbaycanın tam hüququ var ki, öz ərazilərini separatçılardan təmizləsin və ərazilərində suverenliyini bərpa etsin”.
Mənbə: Musavat.com