Qarabağ danışıqları baş tutmaya bilər; Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb; Sərkisyan "Qarabağ könüllüləri” adlanan terrorçu qrupun təhdidləri ilə üz-üzə qalıb; İyunda dialoq yox, böyük savaş başlaya bilər...
Aprel ayındakı dördgünlük müharibədə sarsıdıcı zərbə alan işğalçı Ermənistan ordusu yenidən təmas xətti boyu aktivləşməyə başlayıb. Mayın 27-də Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.
Düşmənin müxtəlif qoşun birləşmələri Ağdam şəhərinin ətrafında zirehli texnika və artilleriya qurğularından istifadə edir. Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz dumanı cəbhə zonasında yerləşən kəndlərdən açıq-aydın müşahidə olunur, təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir. (APA)
Qeyd edək ki, əvvəlki həftələrdə də düşmən ordusunun aktivliyi müşahidə olunurdu. Belə ki, Qarabağa əlavə muzdlu dəstələr və silah-sursat göndərən Ermənistan rəhbərliyi bununla Azərbaycanı Vyana görüşündə güzəştli mövqedən çıxış etməyə vadar etmək istəyirdi. Lakin düşmən məqsədinə çatmadığı üçün növbəti təxribatlara əl atılmalı olub.
Üstəlik, Ermənistanda və Qarabağ separatçıları arasında ətraf rayonların azad edilməsi mövzusunda fikir ayrılıqlarının yaranması barədə də məlumatlar var. Məlumata görə, Serj Sərkisyan "Qarabağ könüllüləri” adlanan terrorçu qrupun işğal zonasında toplaşmasından sonra arzuolunmaz situasiya ilə üz-üzə qalıb. Belə ki, artıq terrorçular açıq-aydın ona meydan oxuyur və Azərbaycanla hansısa anlaşmaya gedilməsini mümkünsüz sayırlar. Ola bilsin ki, bu, iyun ayında keçirilməsi planlaşdırılan-çox güman ki, ev sahibi Rusiya olacaq - prezidentlərin görüşü ərəfəsində qurulmuş oyundur. Ermənistanda tez-tez belə oyunlar qurular və rəy yaradırlar ki, "xalq”, yaxud "Qarabağ veteranları” nəinki 5+2 formuluna razı deyil, hətta apreldə işğaldan təmizlənən 8 yüksəkliyin geri qaytarılmasını tələb edirlər. Bu mənada Sərkisyanın danışıqlarda riskli oyuna gedərək özünün daxildəki rəqiblərini neytrallaşdırmaq istədiyi də mümkün ssenarilərdən sayıla bilər.
Ancaq bu da var ki, qoşunların təmas xəttində vəziyyət kifayət qədər kritikdir. Əgər Moskvada əldə olunan atəşkəs haqqında razılaşmadan sonra ATƏT sədrinin nəzarəti altında növbəti görüşlərə hazırlıq işlərinin aparıldığı vaxtda Ermənistanın işğalçı ordusu Azərbaycan əsgərinin mövqeləri il üzbəüz ərazidə genişmiqyaslı hərbi təlimləri davam etdirirsə, demək qarşı tərəf iyun danışıqlarını pozmaqda maraqlıdır.
Qarabağ müharibəsinin "qəhrəmanı”, "Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın son açıqlaması da işğalçının aprel məğlubiyyətini həzm edə biməməsinin əlamətidir. "Erməni tərəfi həm strateji, həm də çox vacib yüksəklikləri itirib və onları geri qaytarmaq lazımdır” deyə, Qarabağ canisi bildirib. O, Sərkisyan hakimiyyətinin "800 hektarlıq boş çöllük” kimi təqdim etdiyi ərazinin əslində mühüm strateji əhəmiyyətli yüksəklik olduğunu deyib. İddia edib ki, Talış, Ağdərə, Madagis kimi yaşayış məntəqələrinin mülki sakinlərinin rahat nəfəs alması üçün həmin mövqeləri geri qaytarmaq haqqında fikirləşmək lazımdır. Qarşı tərəfin savaş ritorikasını Azərbaycan təbii ki, səbirlə müşahidə etsə də, öz tərəfindən müvafiq addımları atır, müdafiə tədbirlərini və məqamı yetişəndə düşmənə sarsıdıcı zərbə endirməklə bağlı hazırlıqlar görür.
Elə bu günlərdə məlumat yayılıb ki, Azərbaycan Silahlı Qüvvələri uzaqmənzilli operativ-taktiki raket komplekslərin əldə edilməsi üzərində işləyir. Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov da açıq şəkildə bəyan edib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır. Generalın bu bəyanatı Rusiyada ciddi narahatlıq doğurub. Azərbaycanın belə silahları Çin, Pakistan və NATO ölkələrindən rahatlıqla ala biləcəyindən təşvişə düşən rusiyalı ekspertlər iddia edir ki, bu raketlərdən Ermənistana qarşı istifadə edilərsə, Rusiya öz müttəfiqini qorumağa məcbur olacaq. Hətta Rusiyanın "Ermənistana dəstək məqsədi ilə” "İskəndər-M” raketlərini Qarabağa göndərəcəyi, Gümrüdəki 102-ci hərbi bazanı gücləndirəcəyi barədə də xəbərdarlıq edilir. Rusiyada hələ bir çoxları anlamaq istəmir ki, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etmək istəyir. Əgər Ermənistan ordusunu ərazilərimizdən çıxartmaq əvəzinə, Mingəçevir SES-i, yaxud Bakı-Ceyhan kəmərini vurmaqla hədələyirsə, təbii ki, bunun sərt cavabı olacaq. Rusiyanın işğalçını müdafiə edəcəyi halda isə Azərbaycanın müttəfiqləri, xüsusilə də Türkiyə və Pakistanın da məsələyə müdaxiləsi qaçılmaz görünür.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə bu ölkənin nüvə silahına malik olmasına dair yeni sensasion açıqlama verib. Virtulaz.org xəbər verir ki, hazırda parlamentin deputatı olan Baqratyan "Aykakan jamanax” qəzetinə açıqlamasında Ermənistanın nüvə silahına malik olduğu haqda bundan əvvəl verdiyi bəyanatın Türkiyə və Azərbaycan üçün "çəkindirici amil” olduğunu deyib. "Bu silah isə Ermənistanda hələ ötən əsrin 70-ci illərindən var”-Qrant Baqratyan deyib.
Bütün bu gəlişmələr onu deməyə əsas verir ki, növbəti savaş daha amansız və bəlkə də son döyüş ola bilər. Bəzi müşahidəçilər iyun görüşünə son qərarın verilməsi baxımından xüsusi önəm verir. Yeri gəlmişkən, Milli Məclisin vitse-spikeri Bahar Muradova demişdi ki, iyun görüşündən sonra Azərbaycan özünün qəti qərarını verəcək. Bu mənada növbəti danışıqların ardınca aprel əməliyyatlarının bərpa olunması riskləri kifayət qədər ciddi və realdır.
Bu arada Ermənistanın müdafiə naziri Seyran Ohanyanın "Talış kəndini tərk etmiş ermənilər öz yerlərinə qayıda bilərlər” bəyanatını verməsi də düşmənin həyasızlığının növbəti təzahürüdür. İşğalçı ölkənin ordusuna rəhbərlik edən Ohanyan hələ də anlamaq istəmir ki, Azərbaycan ordusunun nəzarət etdiyi və rahatca hədəfə almaq imkanında olan Talış kəndində kimlərin yaşamaq haqqının olduğunu məhz Azərbaycan dövləti, onun rəsmiləri bəyan edə bilər. Bu bəyanatla Ermənistan ordusu bir tərəfdən dinc əhalini ön xəttə qaytarıb onların arxasında gizlənmək istəyir, digər tərəfdən isə bu ərazilərin "sahibi” olduqlarını göstərməyə çalışır. Belə bir tərəflə aparılan danışıqlar isə təbii ki, uğurlu nəticə verə bilməz. O mənada savaş qaçılmaz görünür.
Faktiki olaraq ötən illərdə öz xalqına qarşı cinayətlər törətmiş Serj Sərkisyan hakimiyyəti və ümumilikdə "Qarabağ klanı” daxildəki rəqiblərini sıradan çıxartmaq və özlərini sığortalamaq üçün siyasətini əsasən Qarabağ məsələsi üzərində qurub. Bu mənada İrəvanın güzəştlərə gedəcəyi mümkünsüz görünür.
Digər tərəfdən, düşmən ölkənin hay-küyündən sonra Rusiya 200 milyonluq silah-sursatın Ermənistana ötürülməsinə start verib. Hətta düşmən ölkə "atom silahı”na malik olduğu barədə sərsəm iddialarla güc nümayiş etdirməkdədir. Düşmənin aprel savaşlarında Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə etməsi barədə faktlar isə İstanbuldakı BMT baş katibini də qatıldığı beynəlxalq forumda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bəyan edildi. Lakin bütün bunların da hələlik ciddi təsiri hiss olunmur, işğalçı ölkə islah olunmağa qəti şəkildə meylli görünmür.
Ermənistanın hakim Respublika Partiyasından olan deputat Arakel Movsisyan isə deyir ki, bir metr də olsun torpaq itirilməli deyildi. Keçmiş səhra komandiri olan Movsisyan aprelin 2-də döyüşlər başlayanda öz dəstəsi ilə birlikdə Qarabağa yollanıb, təxminən ay yarım orada qaldıqdan sonra İrəvana dönüb. Movsisyan iddia edib ki, əgər Azərbaycan tərəfi apreldə nə baş verdiyi haqda danışmağı dayandırmasa, erməni tərəfi dayanmayacaq, döyüş əməliyyatları ancaq itirilmiş ərazilər geri qaytarılandan sonra başa çatacaq. "Allah eləmiş, bu dəfə ya Tərtərdə, ya Horadizdə, ya Beyləqanda, yaxud Kirovabadda (Gəncə) qələbəni qeyd edəcəyik” deyə, Movsisyan sərsəmləyib.
YAP üzvü, Milli Məclisin Təhlükəsizlik , müdafiə və korrupsiya məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə də müharibə riskinin böyük olduğunu təsdiqləyir: "Əslində risklər həmişə var. İstənilən an hərbi əməliyyatlar başlaya bilər. Bu isə Ermənistanın davranışından irəli gələn reallıqdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal edilmiş ərazilərimizdə hərbi təlimlər keçirir. İşğalçı ölkə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, ortada olan onun gündəlik təxribatları və danışıqları uzatmaq cəhdidir”.
A.Mirzəzadə danışıqların növbəti mərhələsi barədə ilginc bir açıqlama verdi: "Ermənistan tərəfdən hələ ki problemin diplomatik yolla həll etməyə marağı sezilmir. Mümkündür ki, iyun ayında prezidentlərin görüşü baş tutmasın. Çünki vəziyyət belə davam edərsə və ortada hər hansı bir real ilkin nəticələr olmazsa, görüş faktiki olaraq baş tutmaya bilər. Bunun ardınca hərbi əməliyyatların yenidən başlanması riski isə mümkün olan məsələdir. Çünki Azərbaycan problemin on illərlə uzanmasına, "status-kvo"nun saxlanması, ərazi bütövlüyümüzün həll edilməməsi, Minsk Qrupunun həmsədrlərinin məsələsinin həllinə hər hansı bir töhfə verməməsi ilə qətiyyən razılaşmaq fikrində deyil". Komitə üzvü "Yeni Müsavat”a açıqlamasında işğalçıya xəbərdarlığını da etdi: "Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu artıq Ermənistanın davranışlarına cavab olaraq baş verəcək. Ermənistan bilməlidir ki, növbəti hərbi əməliyyatlar onun üçün daha ağır nəticələr verəcək. Bu gün Ermənistan nə əldə etdiyi yeni silahların texniki göstəricilərinə, nə də ordusunun hərbi hazırlığına görə Azərbaycanı üstələyə bilməz. Bir faktı da nəzərə almaq lazımdır, Azərbaycan əsgəri öz torpağında döyüşəcək, erməni əsgəri isə işğal etdiyi ərazidə. İndi üzə çıxır ki, aprel döyüşlərində nəinki erməni əsgərləri, hətta Ermənistan ordusunun alay komandiri belə döyüş bölgəsindən qaçıb və bir neçə gün sonra ortaya çıxıb. Bütün bunlara görə Ermənistan apardığı təhlükəli oyunun nəticələrinə görə ciddi düşünməlidir”.
Və... Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə prinsipial mövqeyini ortaya qoyub. "Azərbaycan xalqı və dövləti heç vaxt torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”. Prezident mayın 27-də "Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda belə deyib. Dövlət başçısı Azərbaycan-Ermənistan - Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.