Azərbaycan ilə Avropa institutları arasında münasibətlər son illərdə daha da inkişaf etmiş və yeni əməkdaşlıq mərhələsinə daxil olmuşdur

Azərbaycan ilə Avropa institutları arasında münasibətlər son illərdə daha da inkişaf etmiş və yeni əməkdaşlıq mərhələsinə daxil olmuşdur
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı əməkdaşlıq, siyasi dialoq və tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra beynəlxalq aləmdə fəal mövqe tutaraq müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrin qurulmasına xüsusi diqqət yetirmişdir. Bu siyasət nəticəsində ölkəmiz qlobal və regional proseslərdə fəal iştirak edən etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasına, siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə vermişdir.
Azərbaycan ilə Avropa institutları arasında münasibətlər son illərdə daha da inkişaf etmiş və yeni əməkdaşlıq mərhələsinə daxil olmuşdur. Bu əməkdaşlıq siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələri əhatə edir. Cənab prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Avropa ölkələri ilə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan münasibətlər qurur. Müxtəlif səviyyələrdə keçirilən görüşlər, beynəlxalq konfranslar və əməkdaşlıq proqramları bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün dövlətlər arasında qarşılıqlı etimad və siyasi dialoq böyük əhəmiyyət daşıyır. Cənab prezident İlham Əliyev qeyd etmişdir ki, dövlətlər arasında sülhə sadiqlik və siyasi iradənin nümayiş etdirilməsi regionda uzunmüddətli sabitliyin təmin olunmasının əsas şərtlərindən biridir. Bu yanaşma beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
Cənab prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı 2026-cı il martın 11-də keçirilmiş görüşdən sonra cənab prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta birgə mətbuat bəyanatı ilə çıxış etmişlər. Bu bəyanat zamanı tərəflər Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamış və mövcud münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparmışlar.Azərbaycan – Avropa Şurası münasibətləri barədə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlər qarşılıqlı əməkdaşlıq və dialoq prinsiplərinə əsaslanır. Bu münasibətlər siyasi, hüquqi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir və bu əməkdaşlıq ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir.Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən müxtəlif layihələr və proqramlar ölkəmizin sosial və iqtisadi inkişafına müsbət təsir göstərir. Eyni zamanda bu münasibətlər regionda sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına da töhfə verir.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbi publik hüquqi şəxsi
riyaziyyat müəllimi Günay Məhərrəmova


Oxşar xəbərlər