Azərbaycan və Ukrayna arasında hələ SSRİ dövründə möhkəm iqtisadi və mədəni əlaqələr olmuşdur. Bu əlaqələr sonra da davam etmişdir. Hal-hazırda Ukrayna Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir. 2026-cı il aprelin 25-də Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri bu münasibətlərin hələ də yüksək səviyyədə olduğunu göstərir.
Cənab prezident İlham Əliyev ilə Volodimir Zelenski arasında keçirilən son görüş iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir.
Görüş zamanı tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələləri diqqət mərkəzində olub. Azərbaycan və Ukrayna arasında bu sahələrdə əməkdaşlıq hər iki dövlət üçün strateji əhəmiyyət daşıyır.
Cənab prezident İlham Əliyev çıxışında Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Eyni zamanda, prezident Zelenski də Azərbaycanın beynəlxalq arenadakı rolunu yüksək qiymətləndirərək, iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
İqtisadi sahədə əməkdaşlıq da görüşün əsas istiqamətlərindən biri olub. Tərəflər ticarət dövriyyəsinin artırılması, investisiya layihələri, qarşılıqlı biznes məsələləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin qeyd edilib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Ukrayna üçün də mühüm əhəmiyyət kəsb edir.
Görüşdə humanitar və mədəni əlaqələr də müzakirə edilib. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi iki xalq arasında dostluq münasibətlərinin daha da güclənməsinə xidmət edir.
Bu görüş Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. Liderlərin qarşılıqlı siyasi iradəsi və əməkdaşlığa açıq yanaşması gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Bilgəh qəsəbəsi, 142 №li tam orta ümumtəhsil məktəbinin
müəllimi Leyla İsmayılova