Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik

Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik Müasir Beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlıq yalnız diplomatik əlaqələrlə məhdudlaşmır.Bu münasibətlər siyasi,iqtisadi,enerji,nəqliyyat və humanitar sahələri əhatə edən geniş tərəfdaşlıq formatında inkişaf edir.Bu baxımdan İlham Əliyev tərəfindən səsləndirilən “Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik” fikri Azərbaycanın Beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni və xüsusilə Avropa ilə əməkdaşlığının dinamik inkişafını əks etdirir.
Azərbaycanın Avropa ilə münasibətləri qarşlıqlı hörmət və ortaq maraqlar prinsipi əsasında qurulmuşdur.Bu əlaqələr yüksək səviyyəli görüşlər,siyasi dialoq və birgə layihələr vasitəsi ilə daim inkişaf edir.Xüsusilə Antonio Costa-nın Azərbaycan səfəri zamanı aparılan müzakirələr tərəfdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yaratmışdır.
Bu əməkdaşlıqda enerji sahəsi mühüm yer tutur.Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir.Ölkənin həyata keçirdiyi enerji layihələri Avropa bazarına sabit və təhlükəsiz enerji resurslarının çatdırılmasına şərait yaradır.Bununla yanaşı,iqtisadi və ticarət əlaqələri də ildən-ilə genişlənir,qarşılıqlı investisiyalar artır və yeni layihələr həyata keçirilir.
Bundan başqa,humanitar və mədəni əlaqələr də tərəfdaşlığın vacib istiqamətlərindən biridir.Təhsil programları,mədəni tədbirlər və elmi əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini möhkəmləndirir.
Nəticə etibarilə,Azərbaycan ilə Avropa arasında münasibətlər çoxşaxəli və davamlı inkişaf edən tərəfdaşlıq modelidir.Müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq layihələri bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.Bu tərəfdaşlıq həm regional sabitliyə,həm də Beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməkdə davam edir.

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta ümumtəhsil məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova

Oxşar xəbərlər