Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş iki ölkə arasındaki strateji tərəfdaşlığın möhkəmliyini bir daha təsdiqlədi.Son illər ərzində prezidentlər səviyyəsində baş tutan müntəzəm görüşlər münasibətlərin davamlı inkişaf etdiyini və qarşılıqlı etimadın yüksək olduğunu göstərir.Azərbaycan və Ukrayna arasında əməkdaşlığın əsasında beynəlxalq hüququn prinsipləri-dövlətlərin suverenliyi,ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı dayanır.Hər iki ölkə bu prinsipləri beynəlxalq təşkilatlar çərçivəsində də daim dəstəkləyir və bir-birinə siyasi arenada açıq şəkildə dəstək verir.Bu isə münasibətlərin yalnız diplomatik deyil,həm də strateji xarakter daşıdığını sübut edir.
İkitərəfli əlaqələr siyasi sahə ilə yanaşı,iqtisadi və enerji sektorunda da uğurlu inkişaf edir.Xüsusilə enerji sahəsində həyata keçirilən layihələr, eləcə də Azərbaycan şirkətlərinin Ukraynada fəaliyyəti əməkdaşlığın praktiki nəticələrini göstərir.Ticarət dövriyyəsinin artması və yeni investisiya imkanlarının müzakirəsi isə gələcək üçün daha böyük iqtisadi perspektivlər yaradır.
Bundan əlavə,hərbi-texniki sahədə əməkdaşlıq da diqqət mərkəzindədir.Hər iki ölkənin sənaye potensialı bu istiqamətdə birgə istehsal və və yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır.Bu əməkdaşlıq yalnız təhlükəsizlik sahəsində deyil,eyni zamanda sənaye inkişafında da rol oynaya bilər.
Nəticə etibarilə,bu səfər Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq gələcəkdə daha geniş sahələri əhatə edərək hər iki ölkə üçün yeni imkanlar yaradacaqdır.
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta ümumtəhsil məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova