Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı münasibətlər qurmağa həmişə böyük önəm vermişdir.Bu münasibətlər siyasi,iqtisadi,mədəni və humanitar sahələri əhatə etmiş,ölkənin dünya arenasında etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratmışdır.
Azərbaycanın xarici siyasəti balanslı və çoxşaxəli olmaqla müxtəlif dövlətlərlə dostluq və tərəfdaşlıq əlaqələrinin inkşafına yönəlmişdir.
Ukrayna prezidenti Volodimir Zelenskinin 2026-cı il 25 apreldə Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Bu səfər Ukrayna ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır.
Cənab İlham Əliyev Ukrayna prezidenti ilə görüşdə əməkdaşlıqlarının çox güclü siyasi təməli olduğunu qeyd etdi.2008-ci il Kiyevdə,2011-ci il Bakıda strateji tərəfdaşlığa dair iki sənədin imzalanması ilə ölkəmizin qarşılıqlı olaraq ərazi bütövlüyü,suverenliyi,sərhədlərimizin toxunulmazlığı məsələləri güclü siyasi sənəddə əks olunduğu vurğulandı.
Siyasi məsələlərdən başqa bir çox məsələlərə toxunuldu,həmçinin energetika,hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.Cənab İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq SOCAR-ın Ukraynada fəaliyyətini ticarət dövriyyəsinin artmasını və yeni investisiya imkanlarını bu münasibətlərin real nəticələri kimi qiymətləndirdi.Ukrayna prezidenti öz növbəsində sülh prosesi ilə bağlı səylərin müzakirə olunduğunu qeyd edərək bu prosesdə vasitəçilik edən tərəfdaşlara,xüsusi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmət,siyasi etimad və strateji maraqlar üzərində qurulan tərəfdaşlıq modelidir.Müntəzəm görüşlər,iqtisadi və enerji sahəsində artan əməkdaşlıq,eləcə də sənaye və təhlükəsizlik istiqamətində yaranan yeni imkanlar həmin münasibətlərin gələcək inkşaf perspektivlərini genişləndirir.
Maştağa qəsəbəsi, 108 nömrəli tam orta məktəbin
müəllimi Günel Əliyeva