Azərbaycan və Ukrayna arasında arasında əməkdaşlıq güclənir

Azərbaycan və Ukrayna arasında arasında əməkdaşlıq güclənir Azərbaycan və Ukrayna arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmışdır. Hər iki ölkə keçmiş Sovet İttifaqı məkanında yerləşməklə oxşar inkişaf mərhələlərindən keçmiş, müstəqillik əldə etdikdən sonra isə beynəlxalq münasibətlər sistemində öz mövqelərini gücləndirməyə çalışmışdır. Bu baxımdan siyasi dialoq daim aktiv olmuş, qarşılıqlı səfərlər və beynəlxalq platformalarda əməkdaşlıq münasibətlərin möhkəmlənməsinə xidmət etmişdir.
Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir. Bu əlaqələr heç bir zaman başqa ölkələrə qarşı yönəlməyib. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Bu prinsiplərə riayət olunmadığı halda təhlükəsizlik, əməkdaşlıq, sülh şəraitində birgəyaşayış mümkünsüz hala gəlir. Azərbaycan on illər boyu ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib. Ölkəmizin beynəlxalq ictimaiyyətə çağırışlarında sülh, təhlükəsizlik, əməkdaşlıq hər zaman öndə dayanır. Azərbaycan Ukrayna ilə Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır. Vaxtilə torpaqları 30 il işğal altında qalmış, soydaşları qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir ölkə kimi Azərbaycan hər zaman bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin tərəfdarı olub, eyni zamanda, bunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycanın sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində nümayiş etdirdiyi təcrübə bu gün beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan Ukrayna ilə Rusiya arasında müharibənin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Eyni zamanda, regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkə kimi gələcəkdə bu konfliktin sülh yolu ilə həlli üçün platforma rolunu oynaya bilər.
Azərbaycan həmişə özünə dost hesab etdiyi ölkələr arasında dostluq münasibətlərinin inkişafını təşviq edir, bu prosesə dəstək göstərir. Bu da Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biridir. Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik ifadə edildi. Görüşlərin müntəzəm xarakter daşıdığını bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, son dörd il ərzində bu, yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi mühüm göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər