Müasir dünyada dövlətlərin gücü təkcə təbii resurslarla deyil, həm də rəqəmsal texnologiyalar, süni intellekt və məlumatların effektiv idarə olunması ilə müəyyən edilir. Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışı da məhz bu reallıqlara əsaslanır. Çıxışda süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma islahatları, enerji və infrastruktur imkanları, beynəlxalq tərəfdaşlıqlar və kadr hazırlığı kimi mühüm istiqamətlər ətraflı şəkildə izah olunmuşdur.Prezident qeyd etmişdir ki, bu gün dünyada süni intellektin tətbiqi, böyük data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya ölkələrin gələcək inkişaf trayektoriyasını müəyyən edir. Əgər XX əsrdə sənayeləşmə əsas rol oynayırdısa, XXI əsrdə bu rolu rəqəmsal iqtisadiyyat və texnoloji innovasiyalar oynayır.Azərbaycan artıq bu istiqamətdə müəyyən addımlar atmışdır.Azərbaycanın ən mühüm üstünlüklərindən biri onun strateji coğrafi mövqeyidir. Ölkə Asiya ilə Avropanı birləşdirən nəqliyyat və enerji dəhlizlərinin mərkəzində yerləşir.Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşməklə böyük tranzit potensiala malikdir. Bu mövcud infrastruktur gələcəkdə yalnız nəqliyyat və enerji daşımaları üçün deyil, həm də fiber-optik kabellər vasitəsilə məlumat ötürülməsi üçün istifadə edilə bilər.Prezidentin vurğuladığı kimi, əvvəllər tikilmiş neft-qaz kəmərləri ilə paralel fiber-optik xətlər də çəkilmişdir. Lakin bugünkü texnoloji tələblər daha güclü və geniş imkanlar tələb edir. Xəzər dənizinin Şərq sahillərinə uzanan yeni fiber-optik kabel layihəsi isə Azərbaycanın rəqəmsal bağlantı imkanlarını daha da genişləndirəcək.Rəqəmsal iqtisadiyyatın əsas dayaqlarından biri güclü və sabit enerji təminatıdır. Data mərkəzləri və süni intellekt sistemləri böyük həcmdə elektrik enerjisi tələb edir.Son 20 ildə Azərbaycanın generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatmışdır.Ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücünün mövcudluğu isə gələcək data mərkəzləri və rəqəmsal infrastruktur üçün mühüm üstünlükdür. Bundan əlavə, Azərbaycan özünü əsas enerji mənbələri ilə tam təmin edir və artıq elektrik enerjisini ixrac etməyə başlayır.Bərpa olunan enerji sahəsində imzalanmış müqavilələr isə gələcəkdə enerji imkanlarını daha da genişləndirəcək.Azərbaycan son 20 ildə 350 milyard dollardan çox investisiya cəlb etmişdir. Bu fakt ölkədə müsbət investisiya iqliminin və hüquqi sabitliyin mövcudluğunu göstərir.Prezident çıxışında Amerika Hökuməti ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasını xüsusi qeyd etmişdir. Bu sənəd data mərkəzləri, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır.Azərbaycan həmçinin Avropa İttifaqına üzv10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalamışdır və ötən il Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi qəbul edilmişdir.Bu fakt onu göstərir ki, Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə eyni zamanda əməkdaşlıq edən nadir ölkələrdəndir. Bu isə rəqəmsal transformasiya üçün əlavə maliyyə və texnoloji imkanlar yaradır.Rəqəmsal inkişafın effektiv olması üçün dövlət qurumları arasında sıx koordinasiya zəruridir. Bu baxımdan mygov platformasının vahid dövlət xidmət mərkəzinə çevrilməsi strateji əhəmiyyət daşıyır. Bu sistem vaxt itkisini azaldır, idarəetmədə şəffaflığı artırır, vətandaşlar üçün rahatlıq yaradır.Rəqəmsal transformasiya uzunmüddətli prosesdir və peşəkar kadrlara böyük ehtiyac yaradacaq. Prezident qeyd etmişdir ki:Bu, gələcək nəsillərin rəqəmsal dünyaya hazır yetişdirilməsi baxımından mühüm addımdır.Süni intellektin dövlət idarəçiliyində tətbiqi qərar qəbuletmə prosesini sürətləndirə və daha əsaslandırılmış edə bilər. İnkişaf etmiş ölkələrdə artıq dövlət qurumlarında süni intellekt agentlərindən istifadə olunur.Eyni zamanda, kibertəhlükəsizlik məsələsi prioritetdir. Keçən il Azərbaycana qarşı təşkil olunmuş kiberhücumlar bu sahənin strateji əhəmiyyətini bir daha göstərmişdir. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və beynəlxalq şirkətlərlə əməkdaşlığın artırılması vacibdir.Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda çıxışı göstərir ki, Azərbaycan gələcək inkişaf modelini rəqəmsal iqtisadiyyat üzərində qurmağı hədəfləyir.Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ruhanə Yaqubova