Azərbaycan səhiyyəsinə həsr edilmiş ömür

Azərbaycan səhiyyəsinə həsr edilmiş ömür Böyük oftalmoloq Zərifə Əliyeva (28.04.1923-15.04.1985) elə bir ömür yaşadı ki, onun hər anı insan sağlamlığına xidmətlə yoğruldu. O, nur bəxş edən əlləri, şəfqət dolu qəlbi ilə yalnız xəstəlikləri müalicə etmədi, həm də insanlara ümid, inam və həyat sevgisi verdi. Onun həyat yolu fədakarlığın, zəhmətin və insanlığa sonsuz sevginin parlaq nümunəsinə çevrildi.
Böyük oftalmoloq Zərifə Əliyeva Azərbaycan səhiyyəsinə ömrünü həsr etmiş görkəmli alim-oftalmoloqdur.O, traxoma və qlaukoma xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində mühüm tədqiqatlar aparmışdır. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışaraq həkim kadrlarının hazırlanmasına böyük töhfə vermişdir.
Alimin elmi maraqları yalnız peşə patologiyası ilə məhdudlaşmamış, oftalmologiyanın müxtəlif sahələrini əhatə etmişdir. Həmçinin milli kadr hazırlığı prosesində də fəal iştirak etmişdir. Onun hazırladığı müalicə metodları respublika üzrə geniş tətbiq olunmuşdur. Elmi fəaliyyətində praktiki əhəmiyyət daşıyan tədqiqatlara üstünlük vermişdir. Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olan mühüm əsərlərin müəllifidir. Akademik elmi adı ilə tanınmış və yüksək nüfuz qazanmışdır.
Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi fəaliyyət göstərir.
Elmi fəaliyyəti ilə yanaşı, ictimai işlərdə də fəal olmuşdur.
Kimsəsiz uşaqlara xüsusi qayğı və diqqət göstərmişdir.
Doktorluq dissertasiyası oftalmologiya sahəsində mühüm elmi yeniliklərə əsaslanmışdır. M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın olmuşdur.
Hər il onun xatirəsi anım günü ilə yad edilir.
Zaman ötüb keçsə də, bu nurlu ömrün izi silinmədi — əksinə, daha da işıqlandı. Bunun ən parlaq təcəssümü isə onun 100 illik yubileyinin dövlət səviyyəsində böyük ehtiram və sevgi ilə qeyd olunması oldu, bu, xalqın öz böyük şəxsiyyətinə bəslədiyi sonsuz minnətdarlığın ifadəsinə çevrildi.


Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin tarix müəllimi Jalə Qurbanova

Oxşar xəbərlər