Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyeva ömrünü bütövlükdə xalqın sağlamlığına həsr etmiş görkəmli alim və ictimai xadimdir. Onun fəaliyyəti yalnız həkimliklə məhdudlaşmamış, həm də elmi, pedaqoji və humanitar sahələri əhatə etmişdir.Zərifə Əliyeva oftalmologiya sahəsində dərin elmi araşdırmalar apararaq bu sahənin inkişafına mühüm töhfələr vermişdir. Onun elmi fəaliyyəti xüsusilə göz xəstəliklərinin diaqnostikası və müalicəsi istiqamətində yeniliklərlə yadda qalmışdır.
Alim traxoma xəstəliyinin geniş yayıldığı dövrdə onun aradan qaldırılması üçün böyük işlər görmüşdür. Bununla yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi sahəsində də mühüm tədqiqatlar apararaq bu xəstəliklərin müalicəsində yeni yanaşmalar irəli sürmüşdür. Onun hazırladığı müalicə üsulları qısa müddətdə bütün respublikada tətbiq olunmuş və yüksək nəticələr vermişdir. Bu metodlar həm praktik, həm də elmi baxımdan böyük əhəmiyyət kəsb edirdi.
Zərifə Əliyevanın tədqiqatları yalnız nəzəri deyil, praktik əhəmiyyətə malik idi. O, görmə orqanının peşə patologiyası, istehsalat şəraitinin göz sağlamlığına təsiri kimi məsələləri dərindən araşdırmışdır.
Alimin elmi maraqları yalnız oftalmologiya ilə məhdudlaşmırdı. O, insan sağlamlığına kompleks yanaşaraq müxtəlif tibbi problemlərin həllinə töhfə vermişdir.
Zərifə Əliyevanın doktorluq dissertasiyası oftalmologiya sahəsində mühüm yeniliklərə yol açmışdır. Onun elmi fəaliyyəti yüksək qiymətləndirilmiş və o, bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. O, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın olmuşdur ki, bu da onun beynəlxalq səviyyədə tanındığını göstərir.
Zərifə Əliyevanın yazdığı elmi əsərlər Azərbaycanda oftalmologiya elminin inkişafına ciddi təkan vermişdir. Bu əsərlər bu gün də öz aktuallığını qoruyur.
Alim uzun illər bu institutda çalışaraq həkim kadrlarının hazırlanmasında mühüm rol oynamışdır. Onun pedaqoji fəaliyyəti gənc həkimlərin formalaşmasına böyük təsir göstərmişdir. Zərifə Əliyeva milli kadrların yetişdirilməsində fəal iştirak etmiş, öz bilik və təcrübəsini yeni nəsil həkimlərlə bölüşmüşdür.
O, yalnız alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan idi. İctimai fəaliyyətində daim insanlara xidmət etməyi əsas prinsip kimi götürmüşdür. Zərifə Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqət göstərmiş, onların sağlam və xoşbəxt böyüməsi üçün çalışmışdır.
Onun adını daşıyan bu mərkəz bu gün də Azərbaycanda göz xəstəliklərinin müalicəsində aparıcı tibb müəssisələrindən biridir və alimin ideyalarını yaşadır.
Ulu Öndər Heydər Əliyev Zərifə xanımı yüksək insani keyfiyyətlərə malik, xeyirxah və unudulmaz şəxsiyyət kimi dəyərləndirmişdir. Onun fikrincə, Zərifə Əliyeva insanların qəlbində sevgi və hörmətlə yaşayan nadir insanlardan idi.
Cənab Prezident İlham Əliyev onun həyat fəlsəfəsinin köklərinin uşaqlıq illərinə dayandığını qeyd edərək, Zərifə Əliyevanın xeyirxahlıq və şəfqət kimi dəyərləri həyatının əsas prinsiplərinə çevirdiyini vurğulamışdır.
Hər il 15 aprel tarixində Zərifə Əliyevanın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Bu gün onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələr bir daha xatırlanır.
Akademik Zərifə Əliyevanın 100 illik yubileyi ölkə səviyyəsində geniş qeyd olunmuş, onun elmi və mənəvi irsi bir daha yüksək qiymətləndirilmişdir.
Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Cəfərova