Trans-Xəzər Nəqliyyat Dəhlizi kimi mühüm layihələrin həyata keçirilməsi ölkəmizin qlobal nəqliyyat və ticarət sisteminə inteqrasiyasını sürətləndirir

Trans-Xəzər Nəqliyyat Dəhlizi kimi mühüm layihələrin həyata keçirilməsi ölkəmizin qlobal nəqliyyat və ticarət sisteminə inteqrasiyasını sürətləndirir
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 8 avqust 2025-ci ildə Vaşinqton şəhərində imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Xartiya” da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və Azərbaycanın müstəqil siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirir. Xartiyada əks olunan müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bu gün də uğurla davam etdiyini təsdiqləyir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət ölkəmizin milli maraqlarının qorunmasına və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edir. Bu siyasətin nəticələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm rol oynayır.
Sənəddə regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi və təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi, enerji, texnologiya və diplomatik əlaqələrin inkişafı əsas istiqamətlər kimi müəyyən olunub. Bu yanaşma Azərbaycanın regionda aktiv və müstəqil siyasət yürüdən dövlət kimi rolunu daha da gücləndirir.
Xüsusilə Trans-Xəzər Nəqliyyat Dəhlizi kimi mühüm layihələrin həyata keçirilməsi ölkəmizin qlobal nəqliyyat və ticarət sisteminə inteqrasiyasını sürətləndirir. Bu layihələr Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolunu möhkəmləndirir və iqtisadi inkişafına mühüm töhfə verir.
Xartiyada süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi yer tutur. Bu istiqamətdə atılan addımlar gənclərin müasir biliklərə yiyələnməsi və gələcəkdə rəqabətədavamlı mütəxəssislər kimi formalaşması üçün geniş imkanlar yaradır.
Təhlükəsizlik sahəsində əməkdaşlıq sənədin əsas istiqamətlərindən biridir. Terrorizmə qarşı mübarizə, humanitar minatəmizləmə işləri və müdafiə infrastrukturunun gücləndirilməsi regionda sülh və sabitliyin qorunmasına xidmət edir.
Nəticə etibarilə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası yalnız siyasi sənəd deyil, həm də gənc nəslə güclü dövlətçilik ənənələrinin və milli dəyərlərin ötürülməsində mühüm rol oynayan strateji sənəddir. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycanın gələcək inkişafının əsas təminatıdır.

Bakıxanov qəsəbəsi,74 nömrəli tam orta məktəbin
müəllimi Nurlan Əliyev

Oxşar xəbərlər