Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik - SİYAHI

Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik - SİYAHI ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak edən ölkələrədn təzminat tələb edir.

Belə bir bəyanatla İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani çıxış edib.

İran dövlət televiziyasının verdiyi xəbərə görə, İrəvani bununla bağlı BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyinə məktub ünvanlayıb.
Məktubda qeyd olunub ki, İran Silahlı Qüvvələrinin yuxarıda adı çəkilən ölkələrin ərazilərinin ABŞ-İsrail hücumları üçün istifadəsinə dair monitorinq və qiymətləndirmə hesabatlarına əsaslanan dəlillər əvvəllər BMT TŞ-yə təqdim edilib.

Məktubda ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak etdiyinə görə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və İordaniyadan təzminat tələb edir.
Bu beş ölkənin beynəlxalq öhdəliklərini pozduğunu iddia edən məktubda, İrana dəyən bütün maddi və mənəvi zərərləri kompensasiya etməli olduqları vurğulanır.

Oxşar xəbərlər