Akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafına öz töhfələrini vermiş görkəmli oftalmoloqdur.Həmçinin Azərbaycan tarixində içtimai siyasi xadim kimi önəmli yer tutan şəxsiyyətlərdəndir.
Akademik Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Şaxtaxtı kəndində anadan olmuşdur.O, öz yolunu bu sahədə görmüş və ömrünü bu yola adamışdır.Tibb sahəsində elmi təhsil almış, həkim kimi həmçinin oftalmoloq kimi fəaliyyət göstərmişdir.
Akademik Zərifə xanım Əliyevanın ömrünün əsas hissəsi məhz Azərbaycan oftalmologiya elminə həsr olunmuşdur.
İncə, kübar və bir o qədər gözəl qəlbli şəxsiyyət olan Zərifə xanım Azərbaycan qadını üçün bir nümunəyə çevrilmişdir.
Elmi sahədə bir sıra fəxri adlara layiq görülmüşdür.Bunlardan “Tibb elmləri doktoru” “Professsor” və Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
Akademik Zərifə xanım Əliyevanın tibbdə əsas sahəsi məhz göz xəstəlikləri ilə bağlı olmuşdur.Onun bu bacarığı və istedadı sayəsində Azərbaycanda göz xəstəlikləri sahəsində bir sıra uğurlar əldə olunmuşdur.
Zərifə xanım Əliyeva Azərbaycannın Ümumilli lideri Heydər Əliyevin də xanımı, ömür gün yoldaşı olmuşdur. Təsadüfi deyilki hər iki şəxsiyyət ömürlərini Azərbaycana, onun inkişafına adamışlar.
Hal hazırda Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin anası, tarixin görkəmli şəxsiyyətlərindən biri olaraq qəlbimizdə yaşamaqdadır.
Bilgəh qəsəbəsi, 142 nömrəli məktəbin
tarix müəllimi Günel Hacıyeva