Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir

Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
O, 1949-cu ildən etibarən elmi fəaliyyətə başlayaraq bütün həyatını oftalmologiya sahəsinə həsr etmişdir. Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Onun elmi tədqiqatları əsasən traxoma və peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr olunmuşdur. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etmişdir.
Alim 1940–1950-ci illərdə geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində böyük nəticələr əldə etmiş, bu sahədə effektiv müalicə metodları işləyib hazırlamışdır. Onun təklif etdiyi yanaşmalar respublikada bu xəstəliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynamışdır. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir.
Zərifə Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı olmuş, onun siyasi fəaliyyətində mənəvi dayaq rolunu oynamışdır. O, yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri və humanizmi ilə cəmiyyətin dərin hörmətini qazanmışdır.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi İnformatika müəllimi Şəbnəm İsmayılova


Oxşar xəbərlər