Azərbaycan bu gün inkişaf səviyyəsinə görə bir çox dünya dövlətlərinin diqqət mərkəzindədir. Xüsusilə, 44 Günlük Vətən müharibəsi zamanı qəhrəman xalq, dövlət kimi tanınan ölkəmiz bütün dünyanı heyrətləndirmişdi.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra bir çox beynəlxalq və regional təşkilatlara üzv olunmuşdur. Ancaq hər zaman əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün tanınması olmuşdur. Bu Azərbaycanın xarici dövlətlərlə münasibətdə əsas qırmızı xətti olmuşdur.
Bu ölkələrdən biri də Slovakiyadır. Slovakiya və Azərbaycan dost ölkələrdir və strateji tərəfdaşlardır. Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri baş tutmuşdur. Səfər zamanı Prezident İlham Əliyev bəyanatla çıxış edərək, Slovakiya və Azərbaycanın inkişaf edən çoxşaxəli münasibətlərini diqqətə çatdırmışdır.
Bir il öncə də Slovakiya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannamə bir çox sahədə qarşılıqlı tərəfdaşlığı təmin edir.
Prezident İlham Əliyev bəyanat zamanı qeyd etmişdir ki, Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir. Həmçinin Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik.
Azərbaycan və Slovakiya qarşılıqlı münasibətləri sadəcə iqtisadi, siyasi sahədə deyil həm də yaxın dostluq çərçivəsində qurulmuşdur. Hər iki ölkə bu dostluq və tərəfdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə