Azərbaycan öz təbii qazını Avropaya etibarlı yollarla nəql etmək imkanına malikdir

Azərbaycan öz təbii qazını Avropaya etibarlı yollarla nəql etmək  imkanına malikdir
Cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri barədə Cənab Prezident İlham Əliyev mətbuata bəyanat vermişdir.
Azərbaycan əlaqələrində yeni səhifə açılır. Bu səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Strateji tərəfdaşlıq Bəyannaməsində çox ciddi siyasi sənəddir. Sənəddə bizim məqsədimiz, eyni zamanda gələcək perspektiv plan öz əksini tapır. İmzalanan sənədlər arasında müdafiə sənayesi sahələri də vardır.
Azərbaycan hazırda 8 ölkəyə təbii qaz ixrac edir, 9-cu ölkə isə Slovakiya olacaq. Keçən ilin aprel ayında imzalanmış “Həmrəylik Halqası” Azərbaycan Slovakiya bazarına çıxmağa imkan yaradır.
Azərbaycan öz təbii qazını Avropaya etibarlı yollarla nəql etmək imkanına malikdir. 2021-ci ildə ixrac olunan 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qaıxacaq. Beləliklə, 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qaz nəql olunacağı gündəlik məsələdir.
Əməkdaşlığımız istiqamətində Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu layihəyə ən müasir konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər daxildir. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur. Belə ki, Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. Diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir,
Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Maştağa qəsəbəsi, 128N-li tam orta məktəbin
direktoru Sədaqət Əliyeva

Oxşar xəbərlər