Azərbaycan və Çin arasında münasibətlər iki ölkənin əsas maraqlarına cavab verməklə yanaşı regional sülh və sabitlik naminə birgə inkişafa şərait yaradır

Azərbaycan və Çin arasında münasibətlər iki ölkənin əsas maraqlarına cavab verməklə yanaşı regional sülh və sabitlik naminə birgə inkişafa şərait yaradır
Çin və Azərbaycan dost ölkələrdir. Dostluq münasibətləri hər iki dövlətin bir-birinə qarşı göstərdiyi dərin hörmət və diqqətdə özünü göstərir. Çinin dövlət başçısının İlham Əliyevli “Çinin böyük dostu” adlandırması iki dövlət arasında münasibətlərin səmimiliyini göstərir.
Çin və Azərbaycan dostluq münasibətləri ilə yanaşı həm də yaxşı tərəfdaşdır. İqtisadi, perspektiv əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir.
Prezident İlham Əliyev 2023-cü il yanvar ayının 17- də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı ki dövlət arasında qarşılıqlı əlaqələrdən bəhs etmiş, dostluq və tərəfdaşlıq çərçivəsində münasibətlərin davam etdirildiyini bildirmişdir.
Çin və Azərbaycan ikitərəfli münasibətlərin siyasi bazasının gücləndirilməsi məqsədi ilə əlaqələrin daha da möhkəmləndirilməsinə çalışırlar. Hər iki dövlətin bir-birinin dövlət müstəqiliyyinə, suverənliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşması və dəstəkləməsi qarşılıqlı münasibətlərinin daha da inkişafının əsas meyarıdır. Çünki ərazi bütövlüyünün tanınması Azərbaycanın qırmızı xəttidir və buna hörmətlə yanaşmaq şərtdir.
Azərbaycan və Çin arasında münasibətlər iki ölkənin əsas maraqlarına cavab verməklə yanaşı regional sülh və sabitlik naminə birgə inkişafa şərait yaradır.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə




Oxşar xəbərlər