Pakistan və Azərbaycan arasındakı münasibətlər sadəcə dostluq deyil, eyni zamanda güclü siyasi tərəfdaş, iqtisadi əməkdaşlıq çərçivəsində də ön planda olmuşdur

Pakistan və Azərbaycan arasındakı münasibətlər sadəcə dostluq deyil, eyni zamanda güclü siyasi tərəfdaş, iqtisadi əməkdaşlıq çərçivəsində də  ön planda olmuşdur
Azərbaycan hər zaman digər dövlətlərlə siyasi, iqtisadi, diplomatik eləcə də yaxın dostluq münasibətlərin inkişafında fəal mövqedə olmuşdur. Türk dövlətlərinin yaxın dostluq və qardaşlıq münasibətləri dünyada artıq yeni siyasi güc formalaşdırıb.
Türk dövlətlərindən savayı Azərbaycanın hər zaman yanında olan, dəstəkləyən bir sıra dövlətlər də vardır. Bu dövlətlərdən biri də Pakistandır. Müstəqil Azərbaycan Respublikası elan olunan vaxt Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Pakistan olmuşdur. İşğalçılıq siyasətinə görə isə Ermənistanı rəsmi dövlət kimi tanımaqdan imtina etmişdir.
Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımış, Azərbaycanın haqq mübarizəsində yaxından dəstək olmuşdur. Eyni zamanda 44 günlük Vətən müharibə zamanı da güclü dəstək göstərmişdir.
Pakistan və Azərbaycan arasındakı münasibətlər sadəcə dostluq deyil, eyni zamanda güclü siyasi tərəfdaş, iqtisadi əməkdaşlıq çərçivəsində də ön planda olmuşdur. Hərbi sahədə əməkdaşlıq inkişafı, birgə təlimlərin keçirilməsi proritet məsələlərdən biridir.
44 günlük Vətən müharibəsi zamanı şəhərin hər yerində Türkiyə və Pakistan bayraqlarını görmək mümkün idi. Müxtəlif yerlərdə bu bayraqlar hələ də qorunur. Bu Azərbaycan dövlətinin, xalqının Pakistana verdiyi xüsusi dəyərin bir növ göstəricisidir.
Pakistan və Azərbaycan münasibətləri hər zaman olduğu kimi, ən yaxşı şəkildə ön inkişafını davam etdirir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər