
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasınını tələb olunmasına baxmayaraq bu Qətnamələrin heç vaxt icra olunmadığını deyən Prezident 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupunun da öz missiyasını yerinə yetirə bilmədiyini bir daha Ali tribunadan bəyan etdi. Prezident öz çıxışında həmçinin müharibədən sonra başlanan sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğulayaraq danışıqların yalnız ikitərəfli əsasda aparıldığını və məhz buna görə də müsbət nəticələr verdiyini bildirdi. Daha sonra dövlət başçısı Vaşinqton anlaşmalarını təqdim edərək, ABŞ prezidenti Donald Trampa səylərinə görə təşəkkür etdi. Prezidentin çıxışında daha bir vacib məqam Zəngəzur dəhlizi ilə bağlı verilən mesajlar oldu. Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı Vaşinqton Sammitinin mühüm nəticələrindən biri olaraq təqdim edən Prezident bu dəhlizin maneəsiz keçidi təmin edəcəyini bildirdi.
Dövlət baççısı həmçinin müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərindən də geniş şəkildə danışaraq “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insanın öz dogma torpaqlarında yaşadığını qeyd etdi. Eyni zamanda olduqca ağrılı bir mövzunu, yəni ərazilərimizin minalanması faktını və mina terrorunun nəticələrini də gündəmə gətirdi ki, bu da real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli idi.
Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru