Azərbaycanın yeni inkişaf mərhələsi təkcə milli maraqlara deyil, həm də beynəlxalq təhlükəsizliyə və qlobal sabitliyə töhfə verir

Azərbaycanın yeni inkişaf mərhələsi təkcə milli maraqlara deyil, həm də beynəlxalq təhlükəsizliyə və qlobal sabitliyə töhfə verir
Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın işğalçı siyasətinin nəticələrini diqqətə çatdırdı. O, qeyd etdi ki, etnik təmizləmə və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı məcburi köçkün həyatı yaşamağa məhkum edilib.
Cənab Prezident vurğuladı ki, Azərbaycan uzun illər boyu beynəlxalq təşkilatlardan ədalətli qərarların icrasını tələb etsə də, bu qərarlar kağız üzərində qaldı. Ermənistan isə beynəlxalq sanksiyalardan yayınaraq işğalı davam etdirdi.
Dövlət başçısı bildirdi ki, 2020-ci ildə Azərbaycan xalqı öz gücü, ordusu və birliyi ilə BMT qətnamələrinin icrasını təmin etdi və beynəlxalq hüququ bərpa etdi. Bu, Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu.
Cənab Prezident İlham Əliyev qeyd etdi ki, hazırda əsas hədəf bölgədə davamlı sülhün bərqərar olması, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasıdır. Bu işlər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına xidmət edəcəkdir.
Cənab Prezident həmçinin vurğuladı ki, Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığı möhkəmləndirir. “Zəngəzur dəhlizi” və digər layihələr sülh və rifah naminə strateji əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərir ki, Azərbaycan təkcə hərbi qələbə ilə deyil, həm də diplomatik müstəvidə ədaləti bərpa etmişdir.
Bu çıxış beynəlxalq ictimaiyyətə açıq mesajdır: sülh, əməkdaşlıq və qarşılıqlı etimad regionda gələcəyin əsas təminatıdır.
Azərbaycanın yeni inkişaf mərhələsi təkcə milli maraqlara deyil, həm də beynəlxalq təhlükəsizliyə və qlobal sabitliyə töhfə verir.
Sonda Cənab Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanın qələbəsi təkcə milli uğur deyil, həm də beynəlxalq hüququn üstünlüyünün təsdiqidir. Bu, ədalətin zəfəri, sülhün və sabitliyin möhkəmlənməsi deməkdir.

Maştağa qəsəbəsi, 108 nömrəli tam orta ümumtəhsil
məktəbin direktoru Nəriman Məmmədzadə

Oxşar xəbərlər