
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan innovasiyalar və texnologiyalar sahəsində rəqabətliliyi artırmaq istiqamətində ciddi addımlar atır: "Biz müasir iqtisadiyyatı inkişaf etdirərək neft-qaz asılılığını minimuma endiririk".