Qaraxan Əkbəroğlu

Qaraxan Əkbəroğlu KÖNLÜM

Yenə fikrin harda qalıb,
Uzaqlarda gəzən könlüm.
Kürəyindən zərbə alıb,
Ağrılara dözən könlüm.

Yad diyarda yuva salıb,
İlhamını haqdan alıb,
Sözü-sözə cilalayıb,
Misralara düzən könlüm.

Dərd deməyim qoy bir də mən,
Ah-zar etmə gəl bir də sən,
Elə bil ki, qəbirdəsən,
Qəm gölündə üzən könlüm.

Nə işin var alçaqlarla,
Ehtibarsız dostla, yarla,
Sən təmas qur qartallarla,
Səmalarda süzən könlüm.

Sevinc əkdin, kədər dərdin,
Qaraxanla nədir dərdin,
İlanla da yol gedərdin,
Namərd dostdan bezən könlüm.

Oxşar xəbərlər