
Avropa dövlətlərinin, xüsusilə Finlandiya və Yunanıstanın bu prosesi yüksək dəyərləndirməsi Azərbaycanın artıq yalnız regional deyil, qlobal təhlükəsizlik gündəliyinə təsir göstərən aktor olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın sülh prosesinin əsas memarı kimi tanınması ilə yanaşı, Avropa İttifaqı ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq imkanlarını daha da genişləndirir: "Eyni zamanda, səfər çərçivəsində ABŞ-ın böyük investisiya şirkətləri ilə keçirilən görüşlər, Xəzər Biznes Forumunda 10 milyard dollarlıq müqavilələrin bağlanması ölkəmizin iqtisadi gücünün sülh təşəbbüsləri ilə paralel şəkildə inkişaf etdiyini göstərir. Azərbaycan bu gün həm enerji, həm də maliyyə resursları ilə beynəlxalq tərəfdaşlıqlarda etibarlı ölkə imicini möhkəmləndirir.
Vaşinqton Sazişi Azərbaycanın regiondakı nüfuzunu daha da artırmaqla yanaşı, qlobal sülh və təhlükəsizliyə verdiyi töhfənin də rəsmən tanınmasına şərait yaratdı. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan beynəlxalq arenada həm siyasi, həm iqtisadi, həm də diplomatik güc mərkəzi kimi qəbul olunur. Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu həm düzgün, həm də praqmatikdir. Bu siyasət milli maraqlara əsaslanmaqla yanaşı, eyni zamanda regional sabitlik və beynəlxalq əməkdaşlığa da töhfə verir.
Cənab Prezidentin beynəlxalq tribunadan verdiyi mesajlar bir daha sübut etdi ki, Azərbaycan yalnız region daxilində deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır. Ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat və logistika layihələri, iqlim dəyişiklikləri ilə mübarizə sahəsində təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradaraq, bölgənin gələcəyini müəyyənləşdirən əsas aktorlardan birinə çevrilmişdir.
Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü