
Prezident İlham Əliyevin çıxışında xüsusilə Azərbaycana qarşı təcavüz, uzun müddətli işğal və etnik təmizləmə faktlarına toxunulub. Ermənistanın illərlə Azərbaycanın suveren ərazisini ələ keçirdiyi vurğulanıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi, işğalın davam etməsi məsələsi məxsusi olaraq təkrar-təkrar diqqətə çatdırılıb. 44 günlük müharibədən sonar Azərbaycan Ermənistana beş əsas prinsipə əsaslanan sülh müqaviləsi layihəsini təqdim edib. Regionda baş verən bəzi təxribatlara rəğmən Azərbaycan sülh məqsədli siyasətini davam etdirib, İrəvana ikitərəfli, vasitəçilərsiz təmas imkanları yaradıb və nəticə də pis deyil. ABŞ ın təşəbbüsü ilə Vaşinqtonda keçirilən sammitdə isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən sülh müqaviləsi layihəsinin ilkin variantının paraflanması, eyni gündə “Birgə Bəyannamə”nin imzalanması qeyd edilib.
BMT Baş katibi Antonio Guterres Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh müqaviləsini müsbət addım kimi qiymətləndirib. Beynəlxalq ictimaiyyət, tranzit layihələrinin açılması, regional sülhün təmin olunması təşəbbüslərinə dəstək göstərir, lakin konkret tədbirlərin detalları və hüquqi çərçivəsi ilə bağlı suallar qalmaqdadır. Azərbaycanın xarici işlər naziri çıxışlarında beynəlxalq təşəbbüslərə (məsələn, inkişaf, iqlim, təhlükəsizlik) uyğun olaraq regionda nəqliyyat, tranzit və əlaqələr sahəsində əməkdaşlıq mərkəzlərinin yaradılmasını vurğulayıb.
2024 cü ilin yayında Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin layihəsində “regional kommunikasiya yollarının açılması” maddəsi, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı aspektlər müzakirə olunurdu, lakin bu maddə müvəqqəti olaraq razılıqla layihədən çıxarıldı. Bu addım danışıqlar prosesini sürətləndirmək və daha geniş sülh müqaviləsi bağlanması üçün maneə ola biləcək aspektləri müzakirələrdən bir qədər uzaqlaşdırmaq məqsədi daşıyırdı. Zəngəzur dəhlizinin açılması və ya tranzit marşrutlarının reallaşması üçün Sülh müqaviləsi kimi hüquqi-normativ elementlər bu gün çox vacibdir.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi