44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu xalqın birliyi, dövlətin qətiyyəti və Ali Baş Komandanın müdrik rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr endirdi

44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu xalqın birliyi, dövlətin qətiyyəti və Ali Baş Komandanın müdrik rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr endirdi


Rəsmi İrəvanın uzun illər ərzində apardığı işğalçı siyasət və saxtakarlıq nəticəsində bölgədə sülh və sabitlik mümkünsüz olmuşdu. Tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi, demoqrafik dəyişikliklər aparılması, milli-mədəni irsimizin saxtalaşdırılması və yüz minlərlə insanımızın doğma yurdundan didərgin salınması müharibəni qaçınılmaz etdi. Ermənistanın beynəlxalq hüququn bütün normalarını pozaraq torpaqlarımızı işğal altında saxlaması Azərbaycan xalqını haqq savaşı – Vətən müharibəsinə qalxmağa məcbur etdi.
Ermənistan rəhbərliyinin illər boyu bəslədiyi “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası regionda sülhün və təhlükəsizliyin əsas pozucusu olmuşdur. Bu əsassız iddia erməni siyasətçilərinin uydurduqları saxta tarix üzərində qurulmuş, qonşu xalqlara qarşı ərazi iddialarını leqallaşdırmaq cəhdinə çevrilmişdir. Halbuki bu xülyanın tarixi və hüquqi əsası yoxdur, sadəcə işğalçılıq və ekspansionist siyasətin ört-basdır olunmuş formasıdır. Məhz bu xəyalpərəst və dağıdıcı ideyalar nəticəsində Ermənistan regionu uzun illər boyu müharibələrə, faciələrə və dağıntılara sürükləmişdir.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının uzun illərdir gözlədiyi ədalətin bərpası uğrunda aparılan haqq savaşı idi. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu xalqın birliyi, dövlətin qətiyyəti və Ali Baş Komandanın müdrik rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə torpaqlarımız işğaldan azad edildi, üçrəngli bayrağımız Qarabağda ucaldı. Bu Zəfər Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi kimi yazıldı və xalqımızın qüur mənbəyinə çevrildi.

Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
Tarix müəllimi Sevinc Zaxarova


Oxşar xəbərlər