44 günlük müharibə zamanı dünyanın haqqsevən, ədalətli qüvvələri Azərbaycan xalqının yanında oldular və onun haqq səsini müdafiə etdilər

44 günlük müharibə zamanı dünyanın haqqsevən, ədalətli qüvvələri Azərbaycan xalqının yanında oldular və onun haqq səsini müdafiə etdilər Azərbaycan - Ermənistan münaqişəsi sona çatdı. XXI əsrdə dünyada ilk olaraq Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etdi. 28 ildən sonra xalqımız son sözünü döyüş meydanında qürurla dedi. Rəhbər-xalq birliyi, xalqın dövlətinə güvəni tarixi qələbəni günbəgün yaxınlaşdırdı. Qüdrətli Şanlı Ordumuz bu birlikdən güc alaraq düşmənə sarsıdıcı zərbələr vuraraq düşmənin “basılmaz” imicini darmadağın etdi.

Düşünürəm ki, ermənilər Qarabağda aldığı cavabı heç vaxt unutmayacaqlar. Etibarsız, nanəcib, nankor, qorxaq ermənilər başqasının torpağını zəbt etməyin cəzasını çəkməli idilər. Şanlı ordumuzun döyüş meydanında göstərdiyi şücaət, Ali Baş Komandanın siyasi arenada apardığı uzaqgörən siyasət və eləcə də xalqımızın Vətənə, torpağa qarşı sonsuz sevgisi bizi qalib etdi. Və o ərəfədə dünyanın gözü Azərbaycana zilləndi. Dünya bir xalqın 28 ildən sonra Vətən deyib canını fəda edən xalqı və onun mübariz, qorxmaz, igid, hazırcavab, mətin və məqsədli liderini –İlham Əliyevi bir daha tanıdı. “Qarabağ Azərbaycandır” şüarı Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi.

44 günlük müharibə zamanı dünyanın haqqsevən, ədalətli qüvvələri Azərbaycan xalqının yanında oldular və onun haqq səsini müdafiə etdilər. Türkiyə, Rusiya, Pakistan, Ukrayna, Gürcüstan və yüzlərlə digər ölkələr Azərbaycanın haqlı olduğunu rəsmi elan etdilər. “Haqq nazilər, amma üzülməz” fikri bir daha öz doğruluğunu sübut etdi.

Cənab İlham Əliyevin istər ordumuzun zəfər yürüşünü davam etdirməsi istiqamətində göstərdiyi səylər, istərsə də Vətən müharibəsinin getdiyi 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz. Cənab İlham Əliyev Qarabağın ürəyi olan şuşamızın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa müraciətində zəfər yürüşünün davam etdiyini bildirdi. Müzəffər Ali Baş Komandan noyabrın 9-da 71 yaşayış məntəqəsinin, bir qəsəbənin, 8 strateji yüksəkliyin işğaldan azad olunması sevincini paylaşdı. Bütün bu uğurlarımız işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Bu gün artıq erməni politoloqları, siyasətçiləri də etiraf edirlər ki, imzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir.

Bu gün Qarabağda quruculuq işləri sürətlə davam edir. Azərbaycan xalqı prezidentinə arxalanaraq sabahına iri addımlarla irəliləyir.

Bakıxanov qəsəbəsi, 72saylı məktəb-liseyin direktoru

Fərqanə Abbasova

Oxşar xəbərlər