"Azərbaycan və Ermənistanı cəsarətləndirdik" - Ərdoğan

Avqustun səkkizində Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

"Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik", - Ərdoğan bildirib.

O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

R.T.Ərdoğan qeyd edib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.

Oxşar xəbərlər