
Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil çüəssisələrində öyrənilir. Əks-hücum əməliyyatı müharibə tarixi üçün bir çox yeniliklərə imza atdı. Bir çox xarici ölkələrin hərbi ekspertləri, hərbi institutları müharibəni təhlil edərək öz ölkələri üçün dərslər çıxardı.
Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrın ölkəmizdə Anım Günü, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması özündə bütün məqamları ehtiva edir.
Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır. Dünya mövcud olduqca bu tarixlə qürur duyacaq, onu öz müqəddəs qanları ilə yazan şəhidlərimizi sonsuz hörmət və ehtiramla anacağıq.
Nəbi Hacıyev - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi