44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq dastanıdır

44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq dastanıdır


Bakıda tez-tez beynəlxalq əhəmiyyətli tədbirlərin, formların keçirilməsi çox mühüm amil hesab edilməlidir. Bu formlardan biri də cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı forumudur. Bu form bir çox dünya əhəmiyyətli formlarla bir sıradadır. Forumda 68 ölkədən 400 dən çox qonağın içtirak etməsi bunu bir daha sübut edir.
Preziden İlham Əliyev Formda çıxış edərək, bir çox əhəmiyyətli mövzuları iştirakçıların diqqətinə çatdırmışdır. Xüsusən Ermənistanın uzun müddət qanunsuz şəkildə Azərbaycan torpaqlarını işğalda saxlamış və heç bir danışıqlarda fəal iştirak etməmişdir. 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq dastanıdır. Ermənistan Azərbaycan üçün başqa çıxış yolu qoymamışdı və bu haqq savaşı idi.
Son illər Azərbaycanda baş verən hadisələr dünya miqyasında izlənilmişdir. Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi. Çünki Ermənistan hökümətinə dəfələrlə münaqişənin sülh yolu ilə təmin olunması üçüb çağırış edilmişdir. Bunun üçün ATƏT-in Minsk qurupu 28 il fəaliyyət göstərmişdir. Ancaq heç bir irəlləyiş əldə edilməmiş, əksinə yeni ərazi iddiaları irəli sürülmüşdür. Nəticədə 44 gün ərzində düşmən kapitulyasiya imzalamağa məcbur oldu. Bununla o bizim nəzarətimizdə olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmağı öhtəsinə götürdü. Beynəlxalq hüquq bərpa olundu. Bunu Azərbaycan xalqı, lideri, ordusu öz gücü və əzmi hesabına bacardı.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər