
Müraciəti Baş nazir Əli Əsədov oxuyub.
Müraciətdə Ümumdünya Statistika Günü ərəfəsində təşkil olunan bu tədbirin ölkənin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçısı forumun Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi nailiyyətlərin nümayişi üçün vacib platforma olduğunu qeyd edib.
***
Bu gün Bakıda III Beynəlxalq Statistika Forumu işə başlayıb.
"Report" xəbər verir ki, tədbir sentyabrın 26-na qədər davam edəcək.
Dövlət Statistika Komitəsi və MDB-nin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunub.
Tədbirdə 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, elmi ictimaiyyətin tanınmış nümayəndələri və ekspertlər iştirak edirlər.