
Məmmədmirzə Hüseynov uzun illərdir müxtəlif biznes sahələrində uğurlu layihələr həyata keçirir. Onun rəhbərliyi altında yaradılan müəssisələr müasir idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərir, iş yerlərinin açılması və yerli iqtisadiyyatın inkişafına töhfə verir. Fəaliyyətində şəffaflıq və innovasiyalara üstünlük verməsi sayəsində onun rəhbərlik etdiyi işlər yalnız iqtisadi səmərəlilik deyil, həm də ictimai faydalılıq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məmmədmirzə Hüseynovun rəhbərlik etdiyi layihələrdə innovasiya və müasir texnologiyaların tətbiqi mühüm yer tutur. O, bazar tələblərinə uyğun yeni xidmət və məhsulların təqdim edilməsinə önəm verir. Bu yanaşma sayəsində onun fəaliyyət sahələri rəqabətqabiliyyətli və davamlı inkişaf edən iqtisadi strukturlara çevrilib.
Məmmədmirzə Hüseynov təkcə iş dünyasında uğurlu addımları ilə deyil, həm də sosial məsuliyyətli yanaşması ilə tanınır. O, şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərdiyi dəstək ilə seçilir. Bayram günlərində, xüsusi tədbirlərdə və ehtiyac yaranan hallarda sosial həssas qruplara yardım edir, humanist fəaliyyətləri ilə insanların rəğbətini qazanır.
Onun rəhbərliyi altında fəaliyyət göstərən müəssisələrdə işçilərin sosial rifahı və peşəkar inkişafı üçün xüsusi şərait yaradılıb. Təlimlər, kadr hazırlığı və sosial təminat proqramları ilə əməkdaşlara dəstək göstərilməsi işçi-müdir münasibətlərində qarşılıqlı hörmət və etimadı gücləndirib.
Prezident İlham Əliyevin sahibkarlığın inkişafı siyasətinə dəstək
Məmmədmirzə Hüseynov Prezident İlham Əliyevin sahibkarlığın inkişafına yönəlmiş siyasətinin dəstəkləyicilərindəndir. Onun biznes fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsinə və regionlarda sahibkarlığın güclənməsinə töhfə verir.
Nəticə:
Məmmədmirzə Hüseynov yalnız iş adamı kimi deyil, həm də sosial məsuliyyətli, humanist və vətənpərvər bir şəxsiyyət kimi tanınır. Onun fəaliyyəti həm iqtisadi inkişafı, həm də sosial rifahı dəstəkləyən mühüm layihələrlə müşayiət olunur. Bu isə onu cəmiyyətin nüfuzlu və hörmətli iş adamlarından birinə çevirib.
Məmmədmirzə Hüseynov - 2025-ci il iyulun 20-də Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş məzmunlu çıxışı ilə Şuşadan dünyaya Azərbaycanın haqq davasını ifadə etmiş oldu. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq təbliği, həm də Azərbaycanın Qarabağda həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhəmiyyətə malikdir.
III Şuşa Qlobal Media Forumunun Milli Mətbuat gününün qeyd olunduğu ərəfədə keçirilməsi də xüsusi anlam daşıyır. Builki Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatıldı. Dövlət başçısı üç saatdan artıq media nümayəndələrinin suallarını ətraflı cavablandırdı və demək olar ki, bütün mövzuları əhatə etdi. Artıq neçə gündür ki, xarici media Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırmaqdadır. Bu, Azərbaycan liderinin nüfuzundan, beynəlxalq müstəvidə ona olan maraqdan irəli gəlir.
Forumda Azərbaycanın COP29-a uğurla ev sahibliyi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Bakı ilə İrəvan arasında normallaşma prosesi, Zəngəzur dəhlizinin aqibəti, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-Aİ münasibətləri, həmçinin ölkəmizin iqtisadi baxımdan cəlbediciliyilə bağlı cənab Prezidentin mövqeyini dinlədik. Ölkəmizin başçısı Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında ölkəmizin mövqeyini bir daha açıqladı. Bəyan etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının Ermənistandan, daha dəqiq desək, rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran cənab Prezident bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesaj da verdi. Bu, bir daha onu deməyə əsas verir ki, Ermənistan mövcud reallığı düzgün dəyərləndirməli və qərar verməlidir.
Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın mövqe və baxışlarını, xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu Forumda ön plana çəkildi. Azərbaycanın iqtisadi göstəricilərini Forum iştirakçılarının diqqətinə çatdıran ölkə başçısı bildirdi ki, xarici borcun ÜDM-dəki payının cəmi 6,9% olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir. Həmçinin Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini gücləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Ölkə başçısı Forum iştirakçıları ilə görüşündə həmçinin bildirdi ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir. Ölkəmizin yaşıl gündəliyi çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyası artıq istismara verilib. Azərbaycan kömürdən istifadə etmir, elektrik enerjisi istehsal və istifadə edir. O cümlədən Günəş enerjisinin istehsalına başlanılıb. Bununla bağlı nəhəng enerji potensialı mövcuddur. Ölkə başçısının da qeyd etdiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu.
Forumun əsas müzakirə mövzularından biri də süni intellekt dövründə informasiya təhlükəsizliyi və rəqəmsal media keçidinin idarə olunması idi. Azərbaycanda media sektorunun rəqəmsallaşması, süni intellektin media istehsalına və yayımına təsiri, dezinformasiya ilə mübarizədə texnoloji həllərin tətbiqi geniş analiz edilib. Bu dəyişikliklərə cavab vermək üçün ölkəmizin media ictimaiyyəti çevik, peşəkar və etik dəyərlərə sadiq şəkildə fəaliyyət göstərir.
Ümumiyyətlə, III Qlobal Şuşa Media Forumunda ölkə başçısının çıxışı Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezisləri idi.